Tənbəllik təhlükəli xəstəliyin əlamətidir
Məlahət Rzayeva
08:37 14.08.2020
Cəmiyyət
2349
Bu, xroniki yorğunluq sindromu xəstəliyidir, bunun törədicisi də Epşteyn-Bar virusudur. Son zamanlar bu virusun daşıyıcıları artıb
Tənbəllik insan təbiətinin adi xüsusiyyətlərindən olsa da, bəzən o, təhlükəli xəstəliyin əlaməti də ola bilər.
Bu barədə psixiatr-psixioanalitik Pavel Kaçalov danışıb:
“Tənbəllik insana xas əlamətdir. Bəzən deyirlər ki, ərincəklik tərəqqinin mühərrikidir, çünki bir çox şeylər insanın özünə əziyyət verməməsi səbəbindən ixtira olunub. Dilçilər də insanların tənbəl olduğunu görə bilər. Belə ki, dillər yaşayıb inkişaf etdikcə insanlar mürəkkəb səsləri tələffüz etməyə ərinirlər. Bu səbəbdən nəsillər ötdükcə biz o səsləri sadələşdiririk”.
Onun sözlərinə görə, normal tənbəllik orqanizmin artıq işdən azad olmağa "köməyi" üçün müdafiə reaksiyasıdır:
“Bununla belə, başqa tip tənbəlliklər də mövcuddur. İnsanın heç nə istəmədiyi və heç nə edə bilmədiyi zaman. Bundan əlavə, insan özünü nəsə etməyə məcbur belə edə bilmir. Belə olduğu halda artıq mütəxəssisə müraciət etmək vacibdir”.
Psixiatr bu vəziyyəti depressiya ilə əlaqələndirib:
“Bu, böyük ehtimalla depressiya ilə bağlıdır. Belə pozuntu olduğu halda psixiatra getmək lazımdır. İndi depressiyadan xilas edən çox sayda antidepressantlar var. Anidən dəyişən və birdən-birə özünə bənzəməyən insanlar, ən kiçik məsələdə belə güc verə bilməyənlər psixiatra üz tutmalıdırlar”.
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında tənbəlliyin xroniki yorğunluq sindromu xəstəliyi olduğunu dedi:
- Bəli, aşırı tənbəllik xəstəlik əlamətidir. Bu, xroniki yorğunluq sindromu xəstəliyidir, bunun törədicisi də Epşteyn-Bar virusudur. Son zamanlar bu virusun daşıyıcıları artıb. Mən yorğunluq, əzginlik, ruh düşkünlüyündən şikayət edən pasiyentlərimə qan analizi vermələrini və qanda bu virusun olub-olmadığını yoxlamalarını tapşırıram. Tənbəllik, yorğunluq, ərincəklik, əzginlik, heç bir iş görməmək istəyi… bu halları yaradan məhz Epşteyn-Bar virusudur.
Bu xəstəliyin spesifik müalicəsi var. Bəzən deyirlər, yorğunluq qara ciyərin funksiyasının pozulmasının əlaməti ola bilər. Hesab edirəm ki, bu, doğru deyil. Qara ciyərin funksiyasının pozulması tamam fərqli əlamətlərdə özünü büruzə verir, bu, başqa xəstəlikdir.
Ş.Məmmədov qeyd etdi ki, Epşteyn-Bar virusu həm xroniki yorğunluq sindromu xəstəliyi, həm də depressiv nevrozun yaranmasına səbəb olur.
Depressiv nevrozu yaradan səbəb isə insanların yaşadığı gərginlikdir. Hazırda koronavirus pandemiyası ilə əlaqədar depressive nevroz xəstəliyi də artıb. Bu da anlaşılandır. İnsanlar gərginlik içindədir, həyəcan keçirirlər, adət etmədikləri həyat şərtləri altında yaşamaq məcburiyyətindədirlər. Belə hallar keçirənlərə psixoloq və nevroloqa müraciət etmələri məsləhətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
17:45 08.06.2026
Gündəm
Yaxın Şərqdə həlledici toqquşma hələ qarşıdadır - TƏHLİL
17:22 08.06.2026
Gündəm
Novxanıda gizli narkobunker aşkarlandı - VİDEO
16:54 08.06.2026
Hadisə
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
16:52 08.06.2026
Texnologiya
Şuşa ilə bağlı mühüm təklif: Bu, qadağan edilir
16:40 08.06.2026
Mədəniyyət
Toylardakı şabaşdan Rəşad Dağlıya da göndəririk - Xosrov
16:20 08.06.2026
Cəmiyyət
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm