Tengiz Txilava: İnanıram ki, Azərbaycan Ordusu bu dəfə də erməni təxribatına qətiyyətlə cavab verəcək
08:32 27.09.2020
Cəmiyyət
495
Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycana qarşı hücuma keçməsi və yeni təxribatlar törətməsi qonşu gürcü xalqını da ciddi narahat edir. Biz Ermənistanın bu cür təxribatlarını qətiyyətlə pisləyirik və müharibənin tezliklə başa çatmasını arzulayırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, ermənilərin bütün cəbhə boyu fəallşamasının və Azərbaycana qarşı yenidən hücuma keçməsinin bir neçə səbəbi var: “İlk növbədə bu, Ermənistanın daxilindəki gərginliklə bağlıdır. Ermənistanda zorla hakimiyyətə gətirilən Nikol Paşinyan xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün daxildə ciddi gərginlik yaranıb. Hakimiyyətinin devriləcəyindən qorxan Paşinyan bu yolla xalqın başını qatmaq, müharibə xofu ilə xalqı yeni inqilabdan çəkindirməyə və bu yolla hakimiyyətinin vaxtını uzatmağa çalışır”.
T.Txilava hesab edir ki, digər vacib bir səbəb xarici qüvvələrlə bağlıdır:
“Cənubi Qafqazda sabitliyi və sülhü istəməyən bəzi dövlətlər öz məqsədləri üçün Ermənistandan sui-istifadə edirlər. Ermənistana pulsuz silahların verilməsi, qoşunların yerləşdirilməsi və.s buna parlaq misaldır. Məhz həmin qüvvələr Ermənistanı bölgədə sabitliyi pozmağa, yeni münaqişə ocaqları yaratmağa məcbur edirlər. Müstəqil dövlət olmayan və başqalarının əlində vasitə olan Ermənistan isə həmin ölkələrin tələblərini yerinə yetirməyə məcburdur”.
Politoloq deyib: “Ermənistan tez tükənəcək. Onun Azərbaycan Ordusuna cavab verə biləcək və ya qarşısını ala biləcək gücü yoxdur. Biz bunu 4 il əvvəl də gördük. Cəmi bir hücum nəticəsində Azərbaycan Ordusu ərazilərinin bir qismini işğaldan azad etdi. Bu gün də Azərbaycan Ordusu qısa bir zaman ərzində ermənilərin bir neçə atəş nöqtəsini susdurub. Bu isə o deməkdir ki, müharibə uzun sürməyəcək və Ermənistan ordusu tez bir zamanda geri oturdulacaq. Böyük itkilər verən Ermənistan Azərbaycan torpaqlarını məcbur olaraq işğaldan azad edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm