Tənha, köməksiz insanlara yardım edilir
Məlahət Rzayeva
12:57 26.03.2020
Cəmiyyət
1118
Mirvari Qəhrəmanlı:“Yaşlılar qaydalara maksimum riayət etməlidirlər”
“Yaşlı,tənha insanların ehtiyaclarının ödənməsi məqsədilə sosial təminat naziri qeydiyyat aparmalı, könüllülərdən ibarət qruplar yaratmalı ki, yaşlı insanlar köməksiz qalmasın”
Koronavirus əleyhinə həyata keçirilən tədbirlər sırasında yaşlı insanlara sosial xidmətlərin göstərilməsi əsas yer tutur. Məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaynar xətt yaradılıb, həmçinin sosial işçilər tərəfindən tənha, köməksiz insanlara yardım edilir. Koronavirusun yaşı 65-dən yuxarı insanları daha çox hədəf aldığı bildirilsə də, ölkəmizdə şükür ki, vəziyyət qənaətbəxşdir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusən yaşlı insanlara evdən çıxmamağı tövsiyə edib. Vəziyyətin ciddiliyi nəzərə alınaraq yaşlı insanlara yaşadıqları yerlərdə xidmətlər göstərilir, dərman preparatları, ərzaqlarla təmin edilir. Əksəriyyət bu fikirdədir ki, həm də xalqımızın milli adət-ənənələri, milli dəyərləri, yaşlı insanlarımızı virusdan qorumağa kömək edir. Yaşlı, ahıl insanlara xalqımız həmişə böyük hörmət göstərib. Ailə üzvləri öz yerində, yaşlı, kimsəsiz insanlara qonşular da həmişə kömək ediblər, qapılarını döyüb ehtiyacları ilə maraqlanıblar. İndiyədək mağaza, bazar, marketlərdə bazarlıq edən yaşlı insanlara onsuz da az rast gəlinirdi. Bizim yaşlı insanlarımız nadir hallarda tənha yaşayırlar. Varsa da, əksəriyyət ailə üzvləri hansısa səbəbdən olmadığına görədir. Həqiqətən də ahıl insanlarımız arasında koronavirusa yoluxma hallarının olmamasında adət-ənənələrimizin rolu nə dərəcədədir?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında bildirdi ki, ailə dəyərləri böyük önəm daşıyır:
- Yaşlılar arasında virusun yayılmasının qarşısının alınması üçün ilk növbədə yaşadığı ailə üzvləri onların qayğısına qalmalıdır. Yəni özləri maksimum qaydalara riayət etməlidirlər. Ailə daxilində biz bunu görürük. Lakin yaşlılara yaxşı baxmaq- başqa yaşlıya münasibətlə ölçülür. Təəssüf ki, sosial şəbəkələrdə yaşlıya qayğı yox,daha çox qınama hiss olunur,bəzən də aqressiv mövqe hiss olunur.
Yaşlı,tənha insanların ehtiyaclarının ödənməsi məqsədilə sosial təminat naziri həssas qrupların qeydiyyatını aparmalı,könüllülərdən ibarət qruplar yaratmalı və onlara treninq keçirilməlidir ki, yaşlı insanlar köməksiz qalmasın.Tək yaşayan, xəstə, başqasının qayğısına möhtac olan insanların siyahisi tərtib olunub, yaşadığı ərazi üzrə tibb mərkəzlərinə göndərilməlidir ki,vaxtaşırı onlarla əlaqə saxlanılsın.
Məsələn, Çexiyada işsiz insanlar dövlətdən böyük məbləğdə müavinət alırlar. Yaşlı ,yaxud riskli qrupa daxil olan insanların maddi cəhətdən övladlarına ehtiyacı olmur. Onlara verilən təqaüd, güzəştlər(nəqliyyat,ərzaq,dərman və s) kifayət qədər yetərincədir. Orda belə bir qayda var; hər gün saat 08:00-dan 10:00-a qədər yalnız yaşlı insanlar ərzaq mağazalarına gedir. Sonra başqaları. Onlar həm poliklinikalar,həm də qeydiyyatda olduqları sosial idarələr,bələdiyyələr tərəfindən nəzarətdədirlər. Lazım olan yardımlar olunur. (tibbi,yaxud evlərdə onlara pulsuz xidmət edən sosial işçilər və s) Həyətə gəzməyə çıxan yaşlı insanlar(əsasən itllə) bir- biri ilə mütləq bir metrlik məsafəni saxlayır və maskadan istifadə edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm