Təqdirəlayiq addım: Siniflərə şəhidlərin adı verildi
08:59 30.01.2021
Cəmiyyət
1920
Bakıda fəaliyyət göstərən 28 saylı tam orta məktəbdə siniflərə şəhidlərin adları verilib.
Oxu.Az-ın məlumatına görə, söhbət paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən məktəbdən gedir.
28 saylı tam orta məktəbin direktoru Qənirə Əmiraslanova Oxu.Az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində şəhidlərin xatirəsinə belə bir təşəbbüs irəli sürüb:
“Bu təşəbbüs valideynlər və kollektiv tərəfindən müsbət qarşılandı. Məktəbdə divarlara şəhidlərimizin fotosu və onlar haqqında məlumatların qeyd olunduğu lövhələr vurulub. Məqsədimiz şagirdlərin şəhidlər barədə məlumatları bilməsi və onları heç vaxt unutmamasıdır. Məktəbdə 38 sinif otağı və 65 sinif var. Onlarda dördü ibtidai sinif, 61-i isə yuxarı sinifdir.
Şəhidlərimizin adı sinif otaqlarına deyil, siniflərin özünə verilir. Hər sinifə hansı şəhidin adı verilibsə, o sinfdə oxuyan şagirdlər üçün həmin şəhidin fotosu və adı həkk olunan döş nişanı hazırlanır. Məktəblər açıldıqdan sonra həmin döş nişanları şagirdlərə paylanılacaq. Həmin lövhələr və döş nişanları isə məktəb rəhbərliyinin, eləcə də valideynlərin şəxsi hesabları ilə hazırlanıb”.
Mövzu ilə əlaqədar videogörüntüləri məktəbdə çalışan müəllimə Çinarə Məmmədli paylaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya