“Tərəqqi yeni texnologiyalarsız mümkün deyil” - “Microsoft”la əlaqələrə sözardı...
Fidan Həmişəyeva
08:36 17.06.2020
Cəmiyyət
709
“Azərbaycan dövlət başçımızın iradəsi, qətiyyəti, yeniliklərə açıq və səmimi tərəfdaş olması sayəsində məhz bunlara nail olur, uğurlara, irəliləyişlərə imza atır”
“Dünyanın ən önəmli şirkətlərindən olan “Microsoft” şirkəti ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəfin xeyrinədir”
Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüşdə ölkə başçısının nitqi əsasında Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqət ayrılıb.
Dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı var. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri, irəli sürdüyü təkliflər xüsusi əhəmiyyətə malikdir.
Millət vəkili Eldəniz Səlimov “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya şəraitində yaşasaq belə, Azərbaycanın beynəlxalq əlaqələri, əməkdaşlıq axtarışları daim davam edir. Ötən bir neçə ay ərzində yaşananlar bir daha bunu təsdiqləyir.
Deputat “Microsoft” şirkətinin nümayəndələri ilə keçirilən görüşün olduqca vacib və önəmli olduğunu bildirib:
“Dünyanın ən önəmli şirkətlərindən olan “Microsoft” şirkəti ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəfin xeyrinədir. Müstəqil dövlətimiz daim yeniliklərə, yeni texnologiyaların tətbiqinə, onun yayılmasına, inkişafına açıq olan bir ölkədir. Bunu ötən illər ərzində keçdiyimiz yol, atılan addımlar da nümayiş etdirir. Bu məqam dünənki videokonfransda da bir daha dilə gətirildi. Ölkə başçımız çıxışında bildirdi ki, piratçılığa qarşı birgə səylər yaxşı nəticələr verir.
Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir”-deyərək, son illərin vacib məsələlərindən biri olan kibertəhlükəsizlik məsələsinə toxundu və qeyd etdi ki, bu məsələ hər zaman gündəlikdədir”.
Deputat qeyd edib ki, bu görüş bir daha Azərbaycanın modernləşməkdə, yeniləşməkdə, yeniliklərin tətbiqində və yayılmasında, səmimi tərəfdaşlıqda nə qədər israrlı və əzmili olduğunu hər kəsə göstərdi:
“Çünki inkişaf, tərəqqi yeniliklərsiz, yeni texnologiyalarsız və səmimiyyət üzərində qurulan əməkdaşlıq olmadan mümkün deyil. Azərbaycan dövlət başçımızın iradəsi, qətiyyəti, yeniliklərə açıq və səmimi tərəfdaş olması sayəsində məhz bunlara nail olur, uğurlara, irəliləyişlərə imza atır. Hesab edirəm ki, belə bir həssas dönəmdə bu cür görüşün keçirilməsi, önəmli qərarların alınması, razılıqlara gəlinməsi Azərbaycanımızın bundan sonrakı ikişafına, tərəqqisinə, yeniləşməsinə mütləq şəkildə öz töhfələrini verəcək. Bu, bizim yolumuz, hədəfimizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət