Təşəbbüsüm kampaniyaya çevrildi:“Xankəndidə yaşamaq istəyənlər...”
Yusif Sultanoğlu
12:11 12.02.2021
Cəmiyyət
1302
“Onu da deyim ki, müraciətimdə xüsusilə Xankəndini qeyd etdim”
“Çünki ermənilərlə say bərabərliyi tənzimlənməli, orda bizim əhalinin sayı artmalıdır”
“CARÇI” Araşdırma Mərkəzinin rəhbəri, araşdırmaçı-jurnalist Sərxan Carçı işğaldan azad olunan ərazilərdə yaşamaq üçün Prezident Administrasiyasına müraciət edib. Onun bu istəyinə hazırda məskunlaşdığı Xətai Rayon icra hakimiyyətindən cavab gəlib, müraciətin qeydə alındığı bildirilib.
Biz də həmkarımızla əlaqə saxlayıb, təşəbbüsündən danışdıq. S.Carçı “Sherg.az”a Prezident İlham Əliyevə və onun köməkçisi Hikmət Hacıyevə üz tutduğunu söylədi:
“Yazdım ki, xanımımla birgə orda yaşamağa və işləməyə hazırıq. Hətta biz ev də istəmirik. Sadəcə yerləşməyimiz təmin edilsin. Sonra müsbət cavab gəldi.
Feysbukda da status yazıb, xahiş etdim ki, könüllü müraciətlərə ciddi yanaşılsın, düzgün bölüşdürülmə siyasəti aparılsın. Həm də məlum paylaşımımın ardınca bir xeyli insan necə müraciət etdiyimi soruşdu.
Sanki bir kampaniyaya çevrildi. Onu da deyim ki, Xankəndidə və bizə göstəriləcək digər ərazilərdə yaşamaq istəyərik.
Lakin xüsusilə Xankəndini vurğuladım. Çünki ermənilərlə say bərabərliyi tənzimlənməli, orda bizim əhalinin sayı artmalıdır. Ona görə düşmənlə üz-üzə yaşamağa da hazır olduğumu qeyd etdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur