Tibb Universitetinin həkimləri koronavirusdan ölüb? - ATU-dan cavab
06:07 19.06.2020
Cəmiyyət
777
Bir neçə gündür ki, KİV-də ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın "COVID-19" virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb.
Bu barədə yazılanlara cavab olaraq ATU-nun Mətbuat xidmətindən Lent.az -a bildirilib ki, iddialar tamamilə əsassızdır.
Əlbəttə tibb işçiləri daim xəstələrlə təmasda olduqlarına görə onların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Ancaq bizdə olan məlumata görə bir müddət əvvəl mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb. Bir müddət sonra Fikrət Namazovda koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinə edilib və ATU-nun Tədris Terapevtik Klinikasına yerləşdirilib. Təəssüf ki, aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb. Həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən etibarən analıq məzuniyyətindədir və artıq 2 aydan çoxdur ki, işə gəlmir. İndira Səfərova hal-hazırda ATU-nun Tədris Cərrahiyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnində vəziyyəti tam qənaətbəxşdir.
Əlavə olaraq onu da nəzərə çatdıraq ki, bizim klinikada hələ mart ayından etibarən koronavirusla mübarizəyə xüsusi diqqət yetirilir. Hər gün ATU-nun Onkoloji Klinikasında bütün qoruyucu tədbirlər görülür, həftədə bir neçə dəfə dezinfeksiya işləri aparılır və bunun üçün geniş spektrli kimyəvi
vasitələrindən istifadə olunur.
Həmçinin klinikamızın əməkdaşları – bütün həkim və tibb personalı vaxtaşırı koronavirus testindən keçirilir və bu məsələyə klinikanın baş həkimi Nigar Mehdiyeva şəxsən nəzarət edir. Pasiyentlərimiz klinikaya daxil olduğu zaman onların hərarəti ölçülür, qoruyucu tibbi maskalardan istifadə etmələrinə ciddi diqqət yetirilir və pasiyentlər arasında sosial məsafə saxlanılır.
Məlumdur ki, müasir dövrdə təbabətin ən aktual problemlərindən biri və bəlkə də birinci onkoloji xəstəliklərdir. Bu baxımdan xəstəliyin erkən aşkar edilməsi və vaxtında müalicəsi olduqca vacibdir. Ona görə də, əhalidən xahiş edirik ki, hər hansı narahatçılıq olduğu zaman vaxt itirmədən həkiməonkoloqa müraciət etsinlər. Amma əlbəttə ki, son ayların bəlası olan "COVID-19"a qarşı özünü və doğmalarını qorumaq şərti ilə. ATU-nun Onkoloji Klinikasının kollektivi sizə ən yüksək səviyyədə xidmət etməyə hər zaman hazırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm