Tikintidə həlak olan fəhlələrin can pulu ödənmir
00:09 23.02.2021
Cəmiyyət
639
Şirkətlər itki verən ailələrə bir qədər pul verib sonra kəsirlər
Zərərçəkənlər mütləq məhkəməyə üz tutub, haqqını tələb etməlidir
Son 4 gündə 2-ci hadisədir ki, fəhlə hündürlükdən yıxılaraq faciəvi şəkildə həyatını itirir.
19 fevral tarixində Nərimanov rayonunda qeydə alınan ilk ölüm hadisəsi eynilə bu gün "Sədərək" TM-də baş verən hadisəyə bənzərdir. Tikinti işləri aparan fəhlə hündürlükdən yıxılaraq hadisə yerində ölüb...
Məlum olur ki, fəhlələrin nəinki sığortası, heç əmək müqaviləsi də yoxdur. Şirkətlər isə asanca belə ölüm hallarından yaxa qurtarırlar. Halbuki, onlar işə götürdükləri şəxslərin təhlükəsizlik qaydalarını, həyat sığortalarını təmin etmək məcburiyyətindədirlər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Şərq"ə açıqlamasında bildirdi ki, bu halda işəgötürən tərəf aylıq kompensasiya ödəməlidir:
"İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi halları ilə bağlı icbari sığorta haqqında qanun var. Əmək müqaviləsi ilə işləyənlər bu qanun çərçivəsində müvafiq risk qrupları üzrə işəgötürən tərəfindən sığortalanırlar.
Əgər əmək müqaviləsi yoxdursa, hər iki tərəf qeyri-formal əmək bazarının iştirakçısıdırsa, sığortası yoxdursa, bu işəgötürənin məsuliyyətidir.
Heç bir sığorta şirkəti məsuliyyət daşımır.
Əlbəttə ki, işəgötürən tərəfin bununla bağlı ayrıca məsuliyyəti var. Eyni zamanda zərərçəkən şəxsin aldığı əməkhaqqı müəyyənləşdirilməklə ona aylıq kompensasiya verilməlidir.
Bəzi hallarda müxtəlif işbazlar əvvəlcə ailəyə bir qədər pul verib sonra da aradan çıxırlar. Amma ailə bununla razılaşmalı deyil. Məhkəməyə gedərək üç məsələni müəyyənləşdirməlidir;
Şəxsin orada işləməsini, ikincisi, hadisənin həmin iş yerində baş verməsini və həmin şəxsin orta əməkhaqqının miqdarı. Bu üç amil məhkəmə qərarı ilə müəyyənləşdirilir və onun qərarı ilə ona və yaxud ölüm halı olarsa, onun vərəsələrinə kompensasiya təyin olunur. Zərərçəkən şəxs təqaüd yaşına çatana qədər həmin kompensasiyanı alır".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya