Tıxacdan qurtulmağın bircə yolu var: Tramvay xətləri...
Fidan Həmişəyeva
14:29 02.03.2021
Cəmiyyət
607
“Metro şəbəkəsi və avtobusların sayı məhduddur, xidmət keyfiyyəti bərbaddır”
“Bu səbəbdən də müvafiq narazılıqlar olur, yollarda tıxaclar yaranır”
“...Fürsətdən istifadə edib tramvay xətlərini yenidən yaratmaq olar”
Paytaxtımızda tramvay xətlərinin yenidən qurulması müzakirə edilir. Əslində tramvay yollarının bərpası çoxdanın müzakirə mövzusudur. Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev də bildirib ki, ölkədə tramvay xətlərinin bərpasına dair müvafiq işlər gedir:
“Çox istərdik ki, paytaxtda tramvaylardan istifadə olunsun. Bu istiqamətdə tədbir görülür. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan “Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 15 il öncə paytaxtda tramvay yollarının ləğv edilməsi çox kobud səhv idi:
“Şəhər infrasturukturundan anlayışı olmayan adamlar bu cür yanlışlığa yol verdilər. İndi məcburuq ki, həmin şəxslərin səhvini düzəldək. Bakını müasir şəhərə çevirmək, əhalinin harasa rahat getməsi və qayıtm
ası üçün ictimai nəqliyyatın alternativi yoxdur. Hazırda Bakıda ictimai nəqliyyat çox bərbad vəziyyətdədir: Metro şəbəkəsi və avtobusların sayı kifayət qədər məhduddur, xidmət keyfiyyəti bərbaddır. Bu səbəbdən də müvafiq narazılıqlar olur, yollarda tıxaclar yaranır”.
Ekspert diqqətə çatdırıb ki, paytaxtda ictimai nəqliyyat sahəsini mükəmmələşdirməklə xeyli məsələləri həll edə bilərik. Bunun üçün tramvay xətlərinin bərpası yaxşı variantdır:
“Tramvay xətlərinin yenidən qurulmasında hansısa problem yoxdur. Müəyyən mərhələlər üzrə işlər görülə bilər. Bu dəqiqə paytaxtdakı bütün yolları söküb tamvay xətlərini salsaq, bunun üçün çox vəsait lazım olacaq. Şəhərin bərpa və abadlıq gedən yerlərində fürsətdən istifadə edib tramvay xətlərini yenidən yaratmaq olar. Dövlət vəsaitindən düzgün və səmərəli istifadə etmək lazımdır. Real nəticələr əldə olunmalı və ona uyğun işlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat