Tıxaclardan qurtuluş yolu görünmür
Şəymən Bayramova
09:07 18.08.2020
Cəmiyyət
781
Bakıda binaların və əhalinin sayı həddindən artıq çoxdur
Şəhərin kanalizasiya sisteminin həddindən artıq yüklənməsi və bir çox yerlərdə sıradan çıxması bəlli problemlərə yol açır
Milyardlar hesabına ərsəyə gələn, müasir "standartlara" uyğunlaşdırılan yollarımız bu dəfə də 2 saatlıq yağışa dözə bilmədi. Bu vəziyyət artıq bir ənənə halını alıb da deyə bilərik. Yağış yağan kimi Bakı küçələrində ucu-bucağı görünməyən tıxaclar yaranır.
Mütəxəssislər isə hesab edir ki, Bakının küçələri standartlara uyğun salınmadığından qısa müddət sonra orada çuxurlar, yağış yağdıqda isə gölməçələr yaranır. Belə ki, iri şəhərlərdə yollar salınarkən orta hissəsi nisbətən hündür götürülür ki, su yollarda qalmasın. Yolun kənarında isə üstü dəmirlə örtülü xüsusi xətlər çəkilməlidir. Yoldan axan sular həmin xətlə mərkəzi kanalizasiya sisteminə istiqamətləndirilməlidir.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli "Şərq"ə açıqlamasında problemin kökünü Bakının Baş Planının pozulması ilə əlaqələndirib.
Onun sözlərinə görə, sözügedən problemin səbəbi şəhərin kanalizasiya sisteminin həddindən artıq yüklənməsi və bir çox yerlərdə sıradan çıxmasıdır: "Bakı şəhəri bəlli bir infrastruktur və bəlli bir insan sayı üçün nəzərdə tutulan şəhər olub. Həmin dövrdə Bakının kanalizasiya sistemi qurularkən 1,5-2 milyon insanın yaşayışı üçün nəzərdə tutulub. Son illər isə paytaxtda yenidənqurma işləri gedir, binaların və əhalinin sayı həddindən çox artıb. Su-kanalizasiya sistemləri isə yenidənqurma işlərindən kənarda qalıb. Mövcud sistemin ötürücülük imkanları yenilənən şəhər infrastrukturu ilə uzlaşmadığı üçün yağış yağarkən su yollarda yığılıb qalır.
Ekspertin sözlərinə görə, Bakıda yol infrastrukturunun abadlaşdırılması zamanı xeyli sayda kanalizasiya quyularının üzərindən asfalt çəkildi, iriölçülü kanalizasiya qapaqları estetik görünüşü pozmamaq üçün daha kiçiklərilə əvəz olundu:
" Düzdür, yol təmirilə məşğul olan qurumlar öz işlərini görürlər, lakin kanalizasiya sistemlərinə fikir vermirlər. Hər dəfə yol təmir ediləndə xeyli sayda kanalizasiya "lük”ları asfalt örtüyünün altında qalır. Nəticə isə yollarda yağış sularının yığılıb qalmasına gətirib çıxarır. Əslində, şəhərin coğrafi relyefi elədir ki, yol salınarkən qurunt sularının axıdılması nəzərə alınmalıdır. Əvvəllər avtomobil yollarının, səkilərin kənarlarında xüsusi novçalar olurdu ki, həmin novçalar məhz yağış sularını kanalizasiya quyularına istiqamətləndirirdi. Ona görə də yağış, leysan yağanda küçələri su basıb, avtomobillərin hərəkətinə mane olmurdu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya