Tövsiyə: “Məscidlərin bağlanması anlayışla qarşılanmalıdır!”
Fidan Həmişəyeva
12:37 15.08.2020
Cəmiyyət
677
“Ziyarət ocaqları qapalı məkan hesab edildiyi üçün açılmır”
“Bunun da səbəbi həmin məkanlarda virusun güclü şəkildə yayılması ilə əlaqədadır”
Hazırda ölkəmizdə məscidlər və ziyarətgahlar bağlıdır. Məscidlərin dini ayinlərə qapalı qalması yalnız ölkəmizdə yox, digər müsəlman dövlətlərində də müşahidə olunur. Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır.
Ona görə də toylar, yas mərasimləri, əyləncə xarakterli yerlər, böyük ticarət mərkəzlərinin və s. qapalı qalması daha məqsədəuyğundur. Lakin bu hal bəzilərinin narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən bəzi vətəndaşlar yoluxma təhlükəsini düşünmürlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)əməkdaşı, Fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bütün dünyada pandemiya ilə əlaqədar olaraq bir çox yerlərə, xüsusilə qapalı məkanlara getmək düzgün deyil. O cümlədən bütün müsəlman dünyasında, hətta xristian ölkələrində belə kilsələr, ibadət yerləri bağlıdır:
“Bunun əsas səbəbi koronavirus xəstəliyinin yayılması ilə əlaqədadır. Virus öldürücüdür, həkimlərin də verdiyi məlumata görə, koronavirus daha çox qapalı məkanlarda yayılır. Ona görə də insanlar maksimum dərəcədə bir-biri ilə təmasa məhdudiyyət qoymalıdırlar. Qapalı məkanlarda bir araya yığışmamalıdırlar. Aksiya şəklində və ya mərasim şəklində hansısa tədbirin keçirilməsinə yol verməməlidirlər.
Qarşıdan Məhərrəmlik ayı gəlir. Əlbəttə ki, pandemiya ilə əlaqədar olaraq mübarizə aparmaq üçün cənab Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradılıb. Bu Qərargah vətəndaşlarımıza öz tövsiyələrini verirlər. Onların verdiyi təlimata əsasən məscidlər və digər ziyarət ocaqları, o cümlədən ölkəmizin ərazisində olan sinaqoqlar və kilsələr qapalı məkan hesab edildiyi üçün bağlıdır. Bunun da səbəbi həmin məkanlarda virusun güclü şəkildə yayılması ilə əlaqədadır. Vətəndaşlarımız bu qərarlara anlayışla yanaşmalıdırlar”.
Digər müsəlaman ölkələrindəki məscidlərin və ziyarət yerlərinin bağlanmasına gəlincə, İ.Quliyev vurğulayıb ki, məscidlərin bağlanması doğru qərardır:
“Bəzi şəraitlər çərçivəsində bir çox məscidlərin açılmasına icazə verilib. Amma kütləvi şəkildə insanların bir araya toplanaraq məsələn, cümə namazının qılınması kimi hər hansı bir ayinın kütləvi icrasına icazə verilmir. Aşurə mərasimi də kütləvi mərasim hesab edilir. Bununla əlaqədar olaraq bütün müsəlman ölkələrində məscidlər Aşurə mərasiminin keçirilməsinə bağlıdır. Hətta İraq hökuməti tərəfindən Aşurə mərasiminin keçirildiyi mərkəzi yer olan Kərbala şəhərinə belə giriş-çıxış qadağan edilib. Bütün məhərrəmlik ayı boyunca həmin şəhərə və ziyarətgahlara girişə məhdudiyyətlər qoyulub. Təbii ki, bunun da səbəbi insanların sağlamlığını qorumaq üçündür”.
QMİ əməkdaşı qeyd edib ki, dinimizə görə insan sağlamlığı ən mühüm məsələlərdən biridir:
““Quran-i Kərim”də Peyğəmbərimizin hədisələrində bu mövzularla bağlı çoxlu sayda ayə və hədisə rast gəlirik. Məsələn, Peyğəmbər (s.ə.s) buyurur ki, “Xəstəlik olan məkana getməyin”. Bütün bunlar onu göstərir ki, insanlar öz sağlamlıqlarının keşiyində durmalıdırlar. Bu məsələdə həm dinimizin, həm də həkimlərimizin verdiyi tövsiyə və təlimatlara uyğun şəkildə hərəkət etməlidirlər. “Quran-i Kərim”də buyurulduğu kimi özlərini öz əlləri ilə təhlükəyə atmamalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm