Tovuz müharibəsi məkrli plan idi
Şəymən Bayramova
09:58 17.07.2020
Cəmiyyət
940
Ermənistan üçüncü tərəfi münaqişəyə cəlb etməklə problemlərini həll etmək istəyirdi
Bütün dünyanın Covid-19 virusu ilə mübarizə apardığı bir dönəmdə 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədlərinin artilleriyalardan atəşə tutulması qarşı tərəfin məkrli siyasətinin bariz nümunəsidir. Bu hərəkət illərdir beynəlxalq ictimaiyyəti inandırmağa çalışdığımız erməni aqressivliyinin açıq təzahürüdür.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədi ilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Ordumuzun əks hücum tədbirləri nəticəsində düşmən tərəf xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib. Lakin atəşkəsin qoşunların təmas xəttində deyil, iki ölkə sərhədində pozulması haqlı olaraq ictimaiyyətdə sual doğurur. Ehtimal olunan variantlardan biri odur ki, Avropa ilə Azərbaycanı birləşdirən iri kommunikasiya xətləri məhz bu bölgədən keçməsi ilə bağlıdır. Dövlət sərhədinin Tovuz istiqamətində gərginlik yaranacağı halda Rusiya bura yaxınlaşma şansı qazanacaq və eyni zamanda Avropa Birliyi və Türkiyə üçün təhlükəsizlik problemi yaradır.
Maraqlıdır, təxribat hədəfi olaraq məhz Tovuzun seçilməsi və ərazidə gərginlik yaratmaq daha maraqlarıa xidmət edirdi?
Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əli Hacızadənin fikrincə, Ermənistan Azərbaycanın dövlət sərhədinə hücum etməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) zorən bu prosesə cəlb etmək istəyirdi:
"Tovuz rayonu Dağlıq Qarabağ sərhədindən kənar olduğu üçün Ermənistana "Azərbaycan təcavüz edir" təbliğatı üçün əsas yaranacaqdı.
Yəni, toqquşma zamanı hərbi əməliyyatlar Ermənistan ərazisinə keçəcək və beləliklə Ermənistan özünü dünyaya Azərbaycan tərəfindən təcavüzə məruz qalmış qurban kimi təqdim edəcək. Məhz buna görə onlar mütəmadi olaraq yaşayış məntəqələrimizə zərbələr endirir. Ermənistan Azərbaycan ordusunu dövlət sərhəddini keçib, Ermənistan ərazisinə daxil olmağa sövq edir".
Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi təxribat hədəfi olaraq məhz Tovuzu seçməklə Azərbaycanla müharibəyə başlayıb, bu müharibəyə üçüncü bir tərəfi cəlb etməklə həm daxili, həm də xarici problemlərini həll etmək istəyir:
"Bu məqsədinə nail olması üçün Qarabağdakı təmas xəttinin hədəf götürülməsi münasib seçim deyil. O zaman hərbi əməliyyatlar bütün Azərbaycan ərazilərində aparılacaqdı.
Naxçıvan istiqamətini də seçə bilməzdi, çünki onda Naxçıvanın Təhlükəsizlik qarantı olan Türkiyə işə qarışacaqdı. Bu səbəbdən ermənilər üçün yeganə optimal variant Tovuz-Qazax-Gədəbəy istiqamətində təxribat törətmək idi. Ancaq onlar öz ehtimallarında yanıldılar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ermənilərə heç bir kömək göstərməyəcəyini bəyan etdi.
Əgər dövlət sərhəddindəki döyüşlər genişmiqyaslı müharibəyə çevrilsə, meydanda tək qalan düşmən ordusu Azərbaycan ordusu ilə döyüşmək məcburiyyətində qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm