“Tovuzda mülki əhaliyə dəyən ziyan aradan qaldırılır” - Dövlət dəstəyi... !
Fidan Həmişəyeva
14:47 24.07.2020
Cəmiyyət
963
İyulun 12-dən etibarən Ermənistan Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub.
Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev mühüm Sərəncam imzalayıb.
Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.
Millət vəkili Vüqar İskəndərov “Sherg.az”a bildirib ki, cənab Prezidentin Tovuz hadisələrində erməni təxribatı zamanı zərər çəkmiş insanların şəxsi əmlakına, dövlət infrasturukturuna dəymiş ziyanın qarşılanmasına dair imzaladığı sərəncəm mühüm əhəmiyyət kəsb edir.
Parlament üzvü vurğulayıb ki, bu sərəncamla Prezidentimiz xalqının yanında olduğunu bir daha göstərdi:
“Sərəncama əsasən İqtisadiyyat Nazirliyi və Fövqaladə Hallar Nazirliyinə tapşırıldı ki, qısa vaxt ərzində dəymiş ziyan hesablanasın və Nazirlər Kabinetinə məlumat verilsin. Bildiyimə görə, bu proses yekunlaşıb və qısa zamanda dəymiş ziyanın bərpası üçün işlər görüləcək. Təbii ki, cənab Prezidentin bütün sahələrə diqqət və qayğısı var. Ümumiyyətlə, bu günlərdə ölkənin ürəyi Tovuzda döyünürdü. Baş verən hadisələr hər bir vətəndaşımızı narahat edirdi. Amma qürurverici hallar da yaşandı. Biz də Parlament üzvləri olaraq Tovuzda olduq, şəhidlərimizi ziyarət etdik, əsgərlərlə görüşüb söhbət etdik. Əhalidə yüksək əhval-ruhiyyə var”.
Deputat qeyd edib ki, vətəndaşlar ordumuza, Ali Baş Komandana güvənir:
“Tovuzlular və Ağdam kəndinin əhalisi gündəlik öz qayğıları ilə məşğuldurlar. Soruşanda isə deyirlər ki, “ordumuza güvənirik, qəhrəman övladlarımız var, onlarla bir yumruq kimi torpaqlarımızı müdafiə etmək üçün canımızdan keçməyə hazırıq”. Bütün bunlar əhalimizdə yüksək vətənpərvərlik duyğularının olduğunu, döyüş ruhunun yüksəkliyini və əzmkarlığı göstərir. Əlbəttə, cənab Prezident tapşırığı ilə Tovuzda mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün işlər qısa vaxt ərzində yekunlaşdırılacaq. Qısa zamanda bütün məsələlərin həllini tapdığını görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya