Toyların təxirinə sevinənlər də var, kədərlənənlər də
Şəymən Bayramova
08:02 21.05.2020
Cəmiyyət
1072
Elçin Bayramlı: "Bir qədər səbrli olmaq lazımdır"
Məşhur teleaparıcı Nərgiz Cəlilova “Planet Parni iz Baku” komandasının tanınmış üzvləri Tahir və Cabir İmanov qardaşlarının instaqramda açdıqları canlı yayımda qonaq olub. İnsanların getdikcə aqressivləşməsindən söz açan teleaparıcı tamaşaçıların efirdə başqa insanların yazıq vəziyyətini görmək istəyindən gileylənib.
Söhbət əsnasında pandemiya səbəbindən toyların dayandırılmasından bəhs edən teleaparıcı sosial şəbəkələrdə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə sevinənlərin olduğunu və bundan çox böyük təəssüf hissi keçirdiyini deyib: "Toylarla bağlı xəbər çıxdı ki, guya, sentyabr ayına kimi keçirilməsinə qadağa qoyulub. Dostumuz Murad Arif də haqlı olaraq öz səhifəsində toy qadağasına sevinən insanlara iradını bildirdi ki, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toy biznesidir.Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm. Biz bir-birimizin kədərinə sevinirik".
Qeyd edək ki, millət vəkili Fazil Mustafa da dəfələrlə toy mərasimləri ilə bağlı məsələyə toxunub və hökuməti bu istiqamətdə müxtəlif addımlar atmağa çağırıb.
Deputatın sözlərinə görə, nə qədər ki, Azərbaycanda izolyasiya tədbirləri davam edir, dövlət yaranmış situasiyanın faydaya doğru dəyişməsinə köməklik göstərməlidir: "Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində el şənliklərinin keçirilməsi qadağa edilib deyə, ailənin qurulmasını da təxirə salıblar. Sanki mütləq orada nənə, bibi, xala, dayı və başqa qohumlar iştirak etməli, oynamalı, müğənniyə 7-10 min manat pul xərclənməli, toya gələnlər 3-5 gündən qalmış yeməkləri yeməli, zirzəmilərə doldurulan saxta araqları içməlidilər. Kimlərsə də burada irəli düşməlidirlər. Bundansa yeni qurulan ailəyə dəstək vermək, hesabına pul köçürməklə dəstəkləmək doğru olmazmı?”.
Qeyd edək ki, Nərgiz Cəlilovanın da dediyi kimi toy məclislərinin keçirilməməsi sadəcə müğənnilərə yox, bir sıra peşə sahiblərinin işinə əməlli-başlı təsir edib, hətta işsizliyin artmasına yol açıb. Gül mağazalarında, gözəllik salonlarında, gəlinliklərin icarəyə verildiyi mağazalarda və şadlıq evlərində işləyən bütün vətəndaşlar mövcud durumdan şikayətlənir, səbirsizliklə qadağalar ayının çıxmasını gözləyirlər.
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Elçin Bayramlı isə hesab edir ki, pandemiyaya yoluxma təhlükəsi aktual olduğundan qapalı yerlərdə kütləvi yığıncaqlar qadağası qalmalıdır. Lakin açıq havada toy və digər əyləncə mərasimlərini keçirmək olar:
"Hesab edirəm ki, hökumət bu şəraitdə mümkün olan hər şeyə icazə verib. Bir qədər səbrli olmaq lazımdır. Bu virusun kökü kəsilməsə və ehtiyatlı davranılmasa yenidən alovlana bilər.
Onsuz da son günlərdə yoluxmaların sayı artıb. Əlbəttə, minlərlə adam 1-2 ay işsiz qala bilər və onların maddi vəziyyəti çətinləşəcək. Belə vətəndaşlara dövlət və cəmiyyət tərəfindən yardımlar edilməlidir. Bu, müvəqqəti çətinlikdir. 1-2 ay maddi çətinlik bu bəlanın bütün əhaliyə yoluxmasından daha az zərərlidir.
Ərazi icra orqanları və bələdiyyələr heç kimin işləmədiyi və heç bir mənbədən gəliri olmayan ailələri müəyyənləşdirməli və onlara siyahı üzrə heç olmasa minimum ehtiyac meyarı həddində kömək edilməsini təşkil etməlidir.
İmkanlı vətəndaşlarımız, xeyriyyə təşkilatları və fondları, həmçinin böyük şirkətlər də bu yardım kampaniyasını davam etdirməlidir. Bu halda həmin kateqoriyadan olan vətəndaşlarımız bu böhranı sosil fəlakətə düçar olmadan ötüşdürə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət