“Tramp sosial medianın imkanlarından narahatdır”
Şəymən Bayramova
14:05 31.05.2020
Cəmiyyət
766
"Mühafizəkarlar anlayırlar ki, ənənəvi qlobal media qurumları ilə yanaşı sosial media da onlara qarşı çıxarsa, vəziyyət çox pis ola bilər”
“Tramp və mühafizəkarlar çıxış yolları arayırlar”
"Uzun müddət olardı ki, ABŞ prezidenti Trampla dünyanın əsas media qurumları arasında bir savaş gedirdi. Sonuncu prezident seçkilərində qlobal media qurumlarının deyil, necə deyərlər "xalqın dəstəklədiyi" Trampın qalib olmasından sonra bu mübarizə bir an da olsa dayanmayıb".
Bu sözəri “Sherg.az” Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. İndi situasiyanın dəyişdiyini vurğulayan İKT mütəxəssisi deyib ki, Trampın əsas informasiya silahı olan “Twitter” onun tvitlərini gizlətməyə, bloklamağa və işarələməyə başlayıb:
"Twitter” administrasiyası bunu açıq -aşkar edir və Trampın tvitlərinin "saxta da, yalan da ola bilər" işarəsi ilə işarələməyinin qanuna uyğun olduğunu bildirir. Ötən qısa zaman müddətində “Twitter” Trampın bir neçə tvitini bloklayıb.
Əvvəllər qlobal sosial media resursları , bəzən balaca ölkələrə qarşı ikili standartlardan istifadə edirdilərsə, indi hətta böyük ölkələrin , bu media qurumlarının "ana vətəni" sayılan ölkənin prezidentinə qarşı da bu standartları tətbiq edirlər. Maraqlı situasiya yaranıb, balaca ölkələrin sosial medianın müxtəlif təhdidləri ilə bağlı həmişə şikayətləndikləri vəziyyətlə, indi ABŞ prezidentinin özü üzləşib.
Belə olan halda Tramp çıxılmaz vəziyyətdə qalıb. Açıq aşkar bildirir ki , daha uyğun sosial media olsa, Tvitter hesabını bağlayıb ondan istifadə edərdi. Hətta daha dərinə gedərək, hüquqi imkanlar olarsa “Twitter”i ABŞ -da bağlaya biləcəyini də gizlətməyib. Görünən odur ki ABŞ prezidenti də sosial medianın hüdudsuz hakimiyyətə sahib olmasından narahatlığını bildirməyə başlayıb.
Tramp bunun qarşısının alınması istiqamətində dərhal da fəaliyyətə başlayıb. Tramp ötən gün sosial medianın ABŞ ərazisində tənzimlənməsi ilə bağlı, hələlik mətni tam açıqlanmayan sərəncam imzalayıb.
Bununla da sosial medianı məsuliyyıətdən və məhkəmə iddialarından qoruyan, 1996-cı ildə, uzun müzakirələrdən sonra qəbul edilən Qanuna dəyişiklik edilməsi təklif olunur. Bu qanuna görə sosial mediada olan paylaşımlara görə onların sahibləri məsuliyyət daşımırlar, yalnız istifadəçilər məsiliyyət daşıyırlar.
Tramp da iddia edir ki, əgər sosial media administrasiyası hansısa paylaşımı saxtalığı ilə bağlı işarələyirsə, bu artıq ifadə azadlığına qarşıdır, senzuradır və bununla da sosial media redaktor səlahiyyəti əldə etmiş olur və buna görə də o məsuliyyət daşımalıdır. Yəni yuxarıda adı çəkilən qanun artıq sosial media resursuna tətbiq edilə bilməz və ona qarşı məhkəmə işi açıla bilər".
ABŞ -da qarşıdan prezident seçkilərinin gəldiyini vurğulayan O. Gündüz belə deyib:
"Mühafizəkarlar anlayırlar ki, ənənəvi qlobal media qurumları ilə yanaşı sosial media da onlara qarşı çıxarsa vəziyyət çox pis ola bilər. Tramp və mühafizəkarlar çıxış yolları arayırlar. Adı çəkilən qanuna dəyişikliyin asan olmayacağı da qabaqcadan bəllidir. Trampın qəbul etdiyi sərəncamla bağlı “Twitter”, “Facebook” , “Google” və digər qlobal resursların sahibləri tənqidi çıxışlar ediblər. Onu İnternet azadlığı və ifadə azadlığına qarşı, azad sahibkarlığa qaşı çıxmaqda təqsirləndiriblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat