“Türkiyə hərbi sənayedə inqilab etməyə nail oldu”
Fidan Həmişəyeva
15:08 28.12.2020
Cəmiyyət
704
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin silah istehsalından danışıb. O bildirib ki, keçmişdə piyada tüfəngini belə xaricdən alsalar da, bu gün hərbi gəmiləri özləri istehsal edir: “Hərbi sənayedə yerli istehsal və marka 70 faiz olub”.
Qeyd edək ki, son illərdə artan terror hadisələri və hərbi münaqişələr Türkiyənin silah və avadanlıqlarının həyati əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) İkinci Qarabağ müharibəsi zamanı da dünyanın diqqət mərkəzində oldu.
Qarabağdakı qarşıdurmadan əvvəl də, bir çox hərbi analitiklər Türkiyəni PUA sayəsində qlobal müdafiə sənayesinin liderlərindən biri hesab edirdi. PUA-ları inkişaf etdirən qardaş ölkə İsraillə və ABŞ-a bağlı qalmaq istəmir. Ona görə də qabaqcıl texnologiyalara əsaslanan yeni cihazlar istehsal edir.
Hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a bildirib ki, Türkiyə ötən 20 il ərzində müdafiə sənayesi kompleksinin inkişaf etdirilməsi üçün mərhələli layihələr həyata keçirməyə başladı. Bu layihələrin bünövrəsi 1980-ci illərin ortalarında qoyulub:
“1970-1980-ci illərdə Türkiyədə müdafiə sənayesinin yaradılması prosesinə start verildi. Bu müddət ərzində hazırda yaxşı tandığımız Türkiyə müdafiə sənayesi şirkətləri olan “Aselsan”, “Otokar” kimi şirkətlər inkişaf etməyə başladı. Əvvəl də bu sektorda fəaliyyət göstərən şirkətlər olub. Amma onlar daha çox dövlətə bağlı qurumlar idilər.
Ötən dövr ərzində Türkiyə rabitə və zirehli texnikaların yaradıb. Eyni zamanda 5-ci nəsil silahların istehsalına da 2000-ci illərdən başlandı. Bu gün artıq Türkiyə milli hərbi təyinatlı gəmilərinin, aviasiya vasitələrinin, həmçinin atıcı silahlar sahəsində böyük irəliləyişin şahidiyik”.
R.Məmmədli qeyd edib ki, qardaş ölkə son 15 il ərzində isə pilotsuz uçuş aparatları sahəsində inqilab etməyə nail oldu:
“Dünyaya məlum olan nümunəsi də “Bayraktar TB2” piltosuz uçuş aparatıdır. Türkiyə qarşısına qoyduğu məqsədlərə mərhələli şəkildə çatır. Ötən dövrlərdə qardaş ölkənin hərbi sahədəki yenilikləri Azərbaycana da öz təsiri göstərdi”.
Ekspertin sözlərinə görə, Türkiyə hərbi sənayenin bir sıra istiqamətlərində uğurlu nailiyyətlər əldə etsə də, hərbi sənayesində hələ bir sıra problemlər mövcuddur:
“Amma Türkiyə növbəti 20-30 il ərzində daha uğurlu nailiyyətlər əldə etmək üçün qarşısına bir sıra məqsədlər qoyub. Əminəm ki, bu məqsədlərə çatmaq üçün bir-birinin ardınca yeni layihələrin həyata keçirilməsinə müvəffəq olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi