“Türkiyədəki azərbaycanlılara 200 lirəlik kupon paylanılıb” – Açıqlama
Fidan Həmişəyeva
10:53 08.04.2020
Cəmiyyət
1043
Oktay Hacımusalı: “Ehtiyacı olan ailələrin ziyarət edilməsi, onların dərdləri ilə maraqlanılması və yerində yardımların göstərilməsi də həyata keçilir”
“Sevindirici haldır ki, bu pandemiya Türkiyədəki azərbaycanlıları bir araya gətirdi. Cənab səfirimizin və dövlətimizin dəstəyi ilə bir-birimizə sahib çıxırıq”
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə koronavirusla əlaqədar olaraq müəyyən yardımlar göstərir. Bu günlərdə azərbaycanlı tələbələrə 200 lirəlik kupon verilib.
Türkiyədə yaşayan Azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, Anka Der Azərbaycan Dərnəyi idarə heyətinin üzvü Oktay Hacımusalı “Sherg.az”a bildirib ki, Türkiyədəki soydaşlarımıza kuponun verilməsi dövlətin diqqətinin göstəricisidir:
“Koronavirus pandemiyasından bütün dünya təsirləndi. Türkiyədə yaşayan və fəaliyyət göstərən çoxlu sayda soydaşımız var. Azərbaycan Respublikasının Ankaradakı səfirliyi vətəndaşlarımıza dəstək məqsədi ilə onların zəruri ehtiyaclarının ödənilməsi üçün 200 lirəlik birbaşa alış-veriş kuponu təqdim etdi. Bu kupon ən zəruri ehtiyacların ödənilməsi üçün xüsusi olaraq təqdim olunub. Türkiyədə yaşayan bütün Azərbaycan vətəndaşları bu kupondan istifadə edə bilərlər. Kupon çətin vəziyyətdə olan insanlara bir az da olsa, kömək edəcək, onlar ən azından zəruri ehtiyaclarını ödəyə biləcəklər. Ona görə də bu addımı təqdir etmək lazımdır”.
O.Hacımusalı qeyd edib ki, dövlətimizin atdığı addım Türkiyə cəmiyyətində də rəğbətlə qarşılanıb:
“Azərbaycan vətəndaşı bilir ki, onun arxasında dövlətimiz və Prezidentimiz var. Eyni zamanda digər ölkələrin vətəndaşları həsədlə baxırlar ki, dövlətimiz öz vətəndaşlarına necə sahib çıxır. Məlumatıma görə Azərbaycan Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, eyni zamanda Azərbaycanın Türkiyədə səfirliyinin birgə xətti ilə Fond yaradılıb. Bu fond Türkiyədə yaşayan azərbaycanlıların məişət problemlərinin həlli ilə bağlı işlər görür. Bu, xüsusilə kommunal xərclərin və kirayələrin ödənilməsi ilə bağlı prosesdir. Görülən tədbir xaricdə yaşayan soydaşlarımız üçün dövlətimizin analoqu olmayan bir yanaşmasıdı.
Ehtiyacı olan ailələrin ziyarət edilməsi, onların dərdləri ilə maraqlanılması və yerində yardımların göstərilməsi həyata keçilir. Məsələn, İstanbul Hava Limanında qalan Dəmirovlar ailəsinin 14 yaşlı üzvü Gülyaz Dəmirova xərçəng xəstəsi idi. O, Ankaraya müayinəyə gəlmişdi və sərhədlər bağlı olduğu üçün İstanbul hava limanında qaldı. Həmin ailəyə dərhal kömək edildi və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi eyni zamanda Azərbaycanın Ankaradakı səfirliyi bu məsələ ilə bağlı ciddi tədbirlər gördü, ailə dərhal Bakıya göndərildi.
Bəzən deyirlər ki, “200 lirə nədir ki?”. Bu vəsait bizim pulla 70-80 manat edir. Məsələ pulda yox, dövlətimizin vətəndaşına sahib çıxmasındadır. Dövlətimiz dar gündə vətəndaşına dayaq olur. Eyni zamanda İstanbuldakı dərnəklərimizə, Türkiyə-Azərbaycan Əməkdaşlıq və Həmrəylik Fondunun Prezidenti Aygün xanıma təşəkkürlərimi bildirirəm.
Hər birimiz vətəndaş olaraq əlimizdən gələni edirik. Təbii ki, hər şeyi dövlətimizdən gözləmək düzgün deyil. Ankaradakı səfirliyimiz də daim əlindən gələni edir. Sevindirici haldır ki, bu pandemiya Türkiyədəki azərbaycanlıları bir araya gətirdi. Cənab səfirimizin və dövlətimizin dəstəyi ilə bir-birimizə sahib çıxırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya