Türkiyəli həkimlər koronavirusla mübarizə üçün Azərbaycana dəvət olunub
08:34 28.07.2020
Cəmiyyət
595
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uğun olaraq yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Agentliyin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş Türkiyənin “Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunublar. Onlar koronavirusla mübarizə sahəsində çalışmış və xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksəkixtisaslı həkim və tibb bacılarından ibarətdir.
Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları ölkəmizdə koronavirusla mübarizəyə ayrılmış “Yeni Klinika” tibb müəssisəsində olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.
Qeyd edək ki, Agentlik ilk günlərdən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya