“Uşaq pulu məsələsində diletant yanaşmaya yer verilməməlidir” - Deputat
Məlahət Rzayeva
12:52 05.09.2019
Cəmiyyət
1118
Uşaq pulu ilə bağlı müzakirələr səngimir. Xüsusən də övlad böyüdən analar uşaq pulunun bərpa olunmasını arzulayır. Və bu arqumenti irəli sürürlər ki, ünvanlı sosial müavinət almayan, lakin 2-3 övlad böyüyən ailələnin büdcəsinə uşaq puılunun əlavə edilməsi tutarlı iqtisadi dəstək olardı. Bəzi ekspertlərsə ünvanlı sosial yardım olan yerdə uşaq pulunun da verilməsini düzgün hesab etmirlər.
Milli Məclisin sosial siyasət və səhiyyə komitələrinin üzvü Musa Quliyev“Sherg.az”a açıqlamasında uşaq pulu məsələsinə aydınlıq gətirdi.
- Gərək məsələyə real yanaşılsın. Bilirsiz ki, cənab Prezidentin yürütdüyü siyasət sosial təminat sisteminin güclənməsinə yönəlib. Hazırda ölkədə 10-dan artıq sosial müavinət paketi var. Onlardan biri, ünvanlı sosial yardım, digəri özünüməşğulluq layihələridir və sairə.
Məhz uşaqların sosial təminatına yönələn paketlər də mövcuddur.
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Siyahını uzatmaq da olar.
Uşaq pulu da müavinət növündən biridir. Azərbaycanda uşaq pulları sovet dövründən taki 2006-cı ilədək verilib. 2006-cə ildən sonra uşaq pullarının verilməsi ona görə dayandı ki, onun məbləği çox az idi. Verilib-verilməməsi hardasa, heç fərq etmirdi. Buna görə də hökumət ünvanlı sosial yardım sisteminə keçdi. Amma bu da daimi deyil. Zaman keçdikcə, onu daha yaxşısı, daha mükəmməli əvəz edəcək.
Məsələn, hazırda özünüməşğulluq proqramları həyata keçirilir. Dövlət vətəndaşa biznesini qurmaq, təsərrüfat sahələri yaratmaq və gəlir əldə etmək üçün yardımlar edir, nəticədə vətəndaşın sosial durumu yaxşılaşır. Biz çalışmalıyıq ki, bir sosial paketi ondan daha yaxşısı əvəzləsin. Uşaq pullarının verilməsi məsələsində isə bunun uğurlu layihə kimi təsdiqi üçün işlək mexanizm hazırlanmalıdır. Burada cavabı gərəkən bir çox məsələlər var; uşaq pulları neçə yaşına kimi verilməlidir, kimlərə verilməlidir.
Məbləği nə qədər olmalıdır. Deyək ki, 3-4 min manat aylıq əmək haqqı alanlar var, onların uşaq puluna ehtiyacı yoxdur. Amma minimum əmək haqqı alanlar var ki, uşaq pulu onlar üçün əhəmiyyətli gəlir hesab edilə biılər. Uşaq pullarının bərpası 2 milyard manat əlavə vəsait deməkdir. Bu ilin dövlət büdcəsi 25 milyard 200 milyon manat hesablanıb. 2 milyardı onun üstünə əlavə etdikdə 27 milyard manat edir. Gərək büdcədə bu qədər vəsait olsun ki, verilə bilsin. Yoxsa bu vəsaiti hardan, hansı sahədən kəsib sosial müavinətlərə yönəldəcəyik?
Bir tərəfin payını kəsib, digərinə yönəldək? Ona görə deyirəm ki, reallıqdan çıxış etmək lazımdır. Özümü yaxşı kişi göstərmək üçün durum deyim ki, bəli, uşaq pualları verilməlidir, bu, düzgün yanaşma olmaz axı. Əlbəttə, büdcə vəsaitləri artdıqca bu məsələyə də baxılacaq. Artıq qeyri-neft sektorumuz inkişaf edir, büdcəyə gəlir gətirməyə başlayır.
Zaman keçdikcə, münbit şərait yaranacaq və belədə uşaq pullarının bərpası məsələsi də müzakirə olunacaq. Bu, sadə bir iş deyil. Layihələr üzərində ekspertlər işləməlidir, Milli Məclisin müzakirəsinə çıxarılmalıdır, qanunvericilik dəyişməlidir, mexanizmlər hazırlanmalıdır. Burda peşekarlar sözünü deməli, diletant yanaşmaya yer verilməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya