“Uşaqlar koronavirusu o qədər yüngül keçirir ki...” – PEDİATR aydınlıq gətirdi
Şəymən Bayramova
13:58 17.06.2020
Cəmiyyət
779
“...Ana heç bu yoluxmanın fərqinə belə varmır”
“Koronavirusa görə, qadının körpəsini süddən ayırması düzgün deyil”
“Hər ehtimala hər gün uşağın əlini yumaq, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır”
Mütəxəssislərin iddiasına görə, ana bətnindən və ana südündən körpəyə koronavirus yoluxmur.
Bununla bağlı yeni doğum edən zahılara və süd verən analara səslənən Ümumdünya Sağlıq Təşkilatı bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmadığını bəyan edib. ÜST-ün araşdırmasına görə, uşaqların bu virusa yoluxma riski də çox aşağıdır.
ÜST yaydığı məlumatda COVİD-19 xəstəsi olan anaların övladlarında süd vermə ilə bağlı hər hansı riskin yaranmadığını bildirib:
"Bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmayıb. Bu səbəbdən gigiyenik qaydalara əməl etməklə analar körpələrini əmizdirə bilər. Belə olan halda uşaqda müxtəlif viruslara qarşı dözümlülük yaranacaq".
Xatırladaq ki, koronavirus bəlası hələ yeni ortaya çıxdığı zamanlarda bəzi mütəxəssislər uşaqların, eləcə də köpələrin bu virusa yoluxmadığını qeyd edirdi. Lakin sonrakı faktlar bunu təkzib etməyə başladı.
Bəs hansı halda anadan körpəyə koronavirus yoluxa bilir? Doğurdan, ana südündən yoluxma mümkün deyil?
Mövzu ilə bağlı "Şərq"ə danışan pediatr- allerqoloq Xəyalə Əliyeva da hesab edir ki, koronavirusa görə, qadının körpəsini süddən ayırması düzgün deyil. Ana gigiyenik tədbirlərə düzgün əməl etməklə uşağını əmizdirə bilər. Həkimin sözlərinə görə, ana südündə heç bir əks göstəriş mövcud deyil. Ana tez- tez əllərini yumaq, toxunduğu səthləri dezinfeksiya etməklə körpəsinə süd verə bilər.
0-9 yaşlı uşaqlarda koronavirusa yoluxma və ölüm faizinin çox az olduğunu vurğulayan pediatrın sözlərinə görə, bu günə qədər aparılan araşdırmalarda bu yaş aralığında olan uşaqların virusdan ölmə ehtimalı bir faizi keçmir. Nisbətən böyük yaşlı uşaqlarda isə ölüm faktı 2 faiz təşkil edir.
Uşaqlarda koronavirusa yoluxma əlamətlərinə gəldikdə isə pediatr koronavirus simptomlarının özünü çox yüngül şəkildə büruzə verdiyini deyib:
"Uşaqlara bu virus əsasən ailə üzvlərindən keçir. Bəzən uşaqlar o qədər yüngül keçirir ki, ana heç bu yoluxmanın fərqinə belə varmır. Buna da səbəb koronavirusun uşaqlarda klinik əlamətlərlə təzahür etməməsidir.
Ola bilsin ki, ishal, qusma və temperatur əlamətləri və dad bilmənin itməsi kimi simptomlarla özünü çox yüngül şəkildə büruzə versin.
Amma bir həkim olaraq valideynlərə tövsiyə edirəm ki, uşağın yaşının az olmasına arxayın olmasınlar. İmmunitetdən də çox şey asılıdır. Hər ehtimala hər gün uşağın əlini yumaq, şəxsi gigyena qaydalarına əməl etmək lazımdır.
Əgər uşaq üçün bir narahatlıq vermirsə evdən çıxanda maska taxsınlar. Maksimum dərəcədə insanların kütləvi toplaşdığı mühitdən, təmasdan uzaq tutsunlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq