AK Partiyanın hazırladığı yeni qanun təklifinə görə Türkiyədə sosial mediaya giriş üçün 15 yaş həddi tətbiq olunacaq. 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması məhdudlaşdırılacaq. Yaşın təsdiqi üçün üz tanıma, yaş təxmin edən alqoritm və ya kimlik doğrulama üsulları istifadə oluna bilər.
Sherg.az xəbər verir ki, sosial media və oyun platformalarına valideyn nəzarəti alətləri təqdim etmək, şikayətləri 48 saatda cavablandırmaq və oyunları yaşa görə dərəcələndirmək öhdəliyi qoyulacaq. Türkiyədən gündəlik girişi 100 mindən çox olan xarici oyun paylayıcıları ölkədə rəsmi nümayəndə təyin etməlidir. Dünyada da oxşar yaş məhdudiyyətləri artıq bir sıra ölkələrdə tətbiq olunur.