“Uşaqlara yalnız milli adların qoyulmasının tərəfdarıyam”
Aynur Babazadə
07:33 21.07.2020
Cəmiyyət
864
Bu ilin 6 ayı ərzində körpələrə ən çox qoyulan adlar məlum olub. Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin 6 ayı ərzində doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Yusif, Əli, Hüseyn, Uğur və Ömər, qız cinsindən olanlara isə Zəhra, Nuray, Zeynəb, Aylin və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.
Hər bir adın bizə bəlli və bəlli olmayan mənaları vardır. Bəs valideynlər övladlarına ad qoyarkən nəyə əməl etməlidirlər?
Sualımızı cavablandıran İctimai Nəzarət Komissiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı və kulturoloq Aydın Xan Əbilov Sherg.az a bildirib ki, hər bir millət öz nümayəndələrinə verdiyi adlarla tanınır:
“Vaxtilə SSRİ-nin kəskin dövründə nə qədər bizə hücumlar olsa da, fəxrlə ata adının sonluğuna "oğlu” sözünü artırır və milliliyimizi sübut edirdik. M.Ə.Sabir, Mirzə Cəlil məktəbindən indiki dövrə qədər Azərbaycan dilinin saflaşması, milliləşməsi ilə bağlı böyük hərəkat başladı. Azərbaycan dilinin təmizlənməsi, xalq dilindən götürülən sözlər, ifadələr adların qoyulması ilə bağlı prosesdə də özünü göstərdi. Sovet dövründə bir çox hadisələr baş verdi.
Valideynlər xarici əsərlərindəki qəhrəmanların adlarını qoymağa başladılar. Uzun müddət ərəb və farsdilli sözlər və adlar xalqımız tərəfindən övladlarına qoyulurdu. Yazıçılarımız, şairlərimiz bununla bağlı uzun müddət etirazlarını bildirdilər. Son vaxtlar Şərqdə də eyni proses baş verir. Bir çox adlara baxdıqda ya ərəb, ya da fars dilli sözlərdir. Türkçə türkcəsindən bizə adlar da keçməyə başlayıb. Ola bilər ki, bu, türk televiziya verilişləri, filmləri və seriallarının təsirindən irəli gəlir.
Valideynlər öz övladlarına ad qoyanda müəyyən məqamlara xüsusi diqqət etməlidirlər. Hər kəsdə milli hiss, duyğu olmalıdır. Yalnız milli adlarımızın qoyulmasının tərəfdarıyam. Millətin ad qoyma mədəniyyəti var. Bu mədəniyyəti pozmaq olmaz. Bununla bağlı qanunvericilikdə müəyyən müddəalar verilib. Ərəb, ingilis, rus diliylə Azərbaycan türkü, Osmanlı türkü arasındakı fərqi qoyulan adlardan görə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə