
Uşaqların ümumi hovuzlardan istifadəsi boğulma riskini yüksəldir -Ekspert
11:35 03.02.2025
Cəmiyyət
506
Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bakupost.az xəbər verir ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov hovuzda boğulub.
Belə ki, ailəsi ilə Qəbələnin Vəndam qəsəbəsinə istirahətə gedən və kirayə evdə qalan Hüseyn ehtiyatsızlıqdan həyətdəki hovuza düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, xüsusilə həyət evlərində olan hovuzlarda uşaqların boğulma təhlükəsi ilə üz-üzə qaldığı və yaxud boğulub həyatını itirməsi halları qeydə alınmaqdadır:

“Bu halların qarşısını almaq üçün uşaqlara mütləq nəzarət edilməli, hovuzda yalnız valideyn nəzarəti altında uşaqların istifadəsi təmin olunmalıdır. Həmçinin hovuzların tikintisi və layihələndirilməsi zamanı uşaqların istifadə etməsi üçün hovuzun müəyyən hissəsində yerlər təşkil olunmalıdır. Yəni ümumi istifadədən əlavə uşaqlar üçün təyin olunmuş yerlər hazırlanmalıdır. Uşaqlar yalnız onlar üçün təyin olunmuş və icazəli yerlərdən istifadə etməlidirlər. Həmin təyin olunmuş yerlərdə uşaqların boylarına uyğun yerlər ayrılmalıdır. Çünki uşaqların ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzlardan istifadə etməsi nəticəsində boğulma riski yüksək olur. Uşaqlar hovuzdan istifadə edərkən boğulmanın qarşısını almaq üçün xüsusi jiletlərdən istifadəsi təmin olunmalıdır. Boğulma zamanı ilkin müdaxilə, uşağı sudan çıxartmaq və xüsusi masaj hərəkətləri ilə ağciyərlərdən suyun boşalmasını təmin etmək olmalıdır. Ondan sonrakı mərhələdə mütləq ilkin tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım xidmətinə müraciət edilməlidir. Bir daha qeyd etmək lazımdır ki, həyət evlərində, hansı ki, hovuzlar təşkil olunub, orada uşaqların hovuzdan nəzarətsiz istifadə etməməsi üçün valideynlər tərəfindən mütləq tədbirlər görülməlidir. Digər tərəfdən uşaqlar təhlükəni tam dərk edə bilməsələr belə, valideynlər bu barədə uşaqlarla maarifləndirici söhbətlər aparmalıdırlar. Hovuzda, dənizdə üzmənin insan həyatı üçün hansı təhlükələr aşılaya biləcəyini uşağa bildirməlidirlər. Həmçinin uşaqlarla bununla bağlı psixoloji söhbətlər aparılmalı və mövcud boğulma halları ilə bağlı video roliklər göstərilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media