
Vahid kart sistemi təkcə ödəniş vasitəsi deyil, həm də bir inteqrasiya alətidir -Ekspert
13:50 08.05.2025
Cəmiyyət
335
Vahid kart sistemi sadəcə bir nəqliyyat layihəsi deyil, bu, texnologiyanın və idarəetmənin insan həyatına verdiyi dəyərin təzahürüdür
Azərbaycanda dəmir yolu ilə yanaşı digər nəqliyyat vasitələrində də gedişhaqqını kartla ödəmək üçün təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Biz buna hazırıq. Hazırda müştərilərimiz dəmir yolunda ödənişi təkcə kartla deyil, həm də "Applepay" və "Googlepay" vasitəsi ilə həyata keçirə bilir. Bu imkanı da onlara təmin etmişik. Digər ictimai nəqliyyat vasitələrində kartdan istifadə ilə bağlı təkliflərimiz müvafiq qurumlara vermişik. Əgər onlardan müsbət rəy olsa, bununla bağlı hazırlığımız və bilik-bacarığımız var. Bu xidmətin əhatə dairəsini sürətlə genişləndirə bilərik", - deyə o qeyd edib.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Sherg.az-a bildirib ki, indiyə qədər ödənişlə bağlı sıxıntılar və çətinliklər çox olub:

“Vətəndaşlar bundan əziyyət çəkirdi. İndi bank kartları ilə ödəniş etmək əlbəttə gözəl şərait yaradacaq. Vətəndaş istər maaş kartından, istərsə də digər bank kartı ilə rahat ödəniş edə biləcək. Beləliklə həm vaxt itkisi olmayacaq, həm də nağd ödənişlərdən qaçınılacaq. Bunlar ümumiyyətlə işin gedişatına müsbət təsir göstərən amillərdir. Vahid kart sistemi təkcə bir ödəniş vasitəsi kimi deyil, həm də bir inteqrasiya aləti kimi çıxış edəcək. Təsəvvür edin, səhər metroyla işə gedirsiniz, günorta rayona qatarla yola düşürsünüz, axşam isə avtobusla evə dönürsünüz, bütün bu gedişlər üçün isə sadəcə bir kart yetərlidir. Bu rahatlıq, ilk növbədə, sərnişinlərin gündəlik həyat keyfiyyətini artıracaq. Artıq cibində xırda pul axtarmağa ehtiyac qalmayacaq, sürücülərlə vaxt itirən dialoqlar minimuma enəcək. Nəticə etibarilə, vahid kart sistemi sadəcə bir nəqliyyat layihəsi deyil, bu, texnologiyanın və idarəetmənin insan həyatına verdiyi dəyərin təzahürüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
18:58 29.03.2026
Gündəm
Paşinyana qarşı hücum cəhdi ilə bağlı daha bir nəfər HƏBS EDİLİB
18:50 29.03.2026
Gündəm
İran ordusu ABŞ-nin quru əməliyyatına hazır olduğunu BƏYAN EDİB
18:44 29.03.2026
Gündəm
Göyçay çayından sel keçir
18:38 29.03.2026
Aktual
Bakıda göl daşdı, balıqlar ətrafa yayıldı
18:20 29.03.2026
Hadisə