Valideyndən çox acı çəkən olmayacaq
Aynur Babazadə
07:05 15.07.2020
Cəmiyyət
1006
2 yaşlı uşağın eyvandan düşüb ölməsi böyük faciədir
Kəmalə Ağazadə: “Valideynlər hər zaman azyaşlı uşaqlara xüsusi diqqət ayırmalıdır”
Bakıda azyaşlı evin eyvanından yıxılaraq ölüb. Hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib. Həmin küçədə yerləşən mənzillərdən birində yaşayan, 2018-ci il təvəllüdlü M.Muradov eyvandan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.
Valideynlər niyə uşaqlarına məsuliyyətsiz yanaşırlar?
Mövzuyla bağlı “Sherg.az”a danışan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hər zaman azyaşlı uşaqlara xüsusi diqqət ayrılmalıdır: “Valideynləri diqqətsiz, məsuliyyətsiz olduğunu düşünmək düzgün deyil.
Azyaşlı uşaqların başlarına bədbəxt hadisələrin gəlməsi yalnız valideynlərin günahı deyil. Valideynin acısı da yetərincədir. Ömür boyu bunun əzabını çəkəcək. Məsələ ilə bağlı araşdırma aparılacaq. Amma valideyn səhlənkarlığından başqa elə bir məsuliyyət daşımayacaq. Onun cəzası ömrünün sonuna qədər aldığı zərbə olacaq.
Əlbəttə ki, qanunvericilikdə Ailə Məcəlləsində göstərilir ki, valideynlər uşaqların sağlamlığı, hüquqlarının müdafiəsi üçün onları qorumalıdırlar. Uşaqların müdafiəçisi həm də dövlətdir. Belə hadisələr bilərək deyil, təsadüf nəticəsində baş verir.
Burada ancaq diqqətli olmaq lazımdır. Nəyin maarifləndirilməsi aparıla bilər ki? Valideynin nəzarəti gücləndirilməlidir. Təhlükəsizlik məsələsi azyaşlı uşaqları olan valideynlər üçün əsas olmalıdır. Bu sırf təhlükəsizlik məsələsidir. Bir tərəfdən valideynləri qınayırıq, amma onlara dəstək olmaq lazımdır. Belə hadisələrin baş verməyi təbii ki, ailə üçün böyük faciədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə
Rusiya FTX: Ukrayna hərbi aerodromlarda terror aktları planlaşdırıb
10:17 13.07.2026
Dünya