Vatsap Feysbuka bağlanır - Təhlükəsizliyə zəmanət yoxdur
08:57 09.01.2021
Cəmiyyət
1174
8 fevralda qüvvəyə minəcək yeni qərara əsasən, vatsap sosial şəbəkəsi öz istifadəçi məlumatlarını feysbuk ilə paylaşmaq üçün istifadəçilərindən icazə istəyəcək...
Lazımi təsdiq verməyən istifadəçilər vatsapdan istifadə edə bilməyəcək. Məlumat şirkətin digər törəmə şirkətləri ilə yanaşı, feysbuk ilə də paylaşılacaq.
Vatsap tərəfindən verilən açıqlamaya görə, yeni istifadə şərtləri və gizlilik prinsipləri 8 fevral 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək. Əvvəlcə istifadəçilər vatsapda bir bildirişlə xəbərdar ediləcək və onlardan verilən şərtləri təsdiqləmələri istəniləcək, alternativ bir seçimi olmayacaq.
Vatsapın veb saytındakı istifadə şərtlərinə görə, istifadəçi məlumatları feysbukla bərabər onun qurduğu digər şirkətlərlə də paylaşılacaqdır.
Mövzu ilə bağlı İnternet Kommunikasiya Texnologiyaları üzrə ekspert, Gənclik Akademiyası İctimai Birliyinin sədri Kazım Məmmədov "Şərq"ə açıqlama verib:
"Əvvəllər vatsapın təhlükəsizlik qaydaları var idi və o, sosial şəbəkələr içərisində ən təhlükəsiz xidmət vasitəsi idi.
İndi isə istifadəçilərinin məlumatlarını feysbuk və onun qurduğu digər şəbəkələrlə paylaşması bu təhlükəsizlik qaydalarını minimuma endirir.
Əlbəttə, feysbukun da öz təhlükəsizlik prinsipləri mövcuddur. Lakin istifadəçi məlumatlarının digər şirkətlərlə paylaşılması vatsap istifadəçilərini bir az təşvişə salır.
Həmçinin, bu qərar feysbuku olan vatsap istifadəçilərini bir növ məcbur etmək kimi məna daşıyır.
Əslində, elə əvvəldən vatsapda feysbukun "izlərini" görmək mümkün idi. İndi isə vatsap demək olar ki, özünü tamamilə feysbuka bağlayır.
Nəzərə alsaq ki, fevral ayının 8-nə hələ bir ay var, düşünürəm ki, vatsap istifadəçilərini düşünərək bu addımı atmaqdan imtina edib verdiyi qərarı ləğv edəcək".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm