Vəkillər Kollegiyasından erməni vandalizmi ilə əlaqəli 230 beynəlxalq təşkilata müraciət
07:22 05.12.2020
Cəmiyyət
545
Vəkillər Kollegiyası erməni vandalizmini və haqq səsimizi dünyaya duyurmağa davam edir.
Qurumdan verilən məlumata görə, sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatıb, noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulub.
Erməni silahlı qüvvələrinin işğalı altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzü – mədəni, tarixi və ekoloji vandalizmin şahidi oldu. Erməni faşistləri boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsərdilər.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ, park və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb.
Qeyd olunan müraciət ictimaiyyətin diqqətinə təqdim edilir.
PDF Aze - Vəkillər Kollegiyasının müraciəti
PDF Eng - Call of Azerbaijani Bar Association
PDF Ru - Обращение Азербайджанской Коллегии Адвокатов
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə