Vətən müharibəsi şəhidinin doğum günüdür
13:52 14.02.2021
Cəmiyyət
457
Bu gün Vətən müharibəsi şəhidi Rövşən Eynullayevin doğum günüdür.
Axar.az Report-a istinadla xəbər verir ki, fevralın 14-də dünyaya gələn Rövşənin növbəti doğum günü ailəsi və yaxınları tərəfindən qeyd olunub.
Eynullayev Rövşən Elşən oğlu 2000-ci il fevralın 14-də Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya gəlib. O, ilk təhsilini həmin kəndin tam orta məktəbində alıb.
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə elə birinci gündən qatılan Rövşən xüsusi döyüş bacarığı ilə fərqlənib. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən ağır döyüşlərdə şəxsi şücaətləri ilə fərqlənib. O və yoldaşları bu əməliiaytlarda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.
Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda gedən ağır əməliyyatlardan biri Rövşən Eynullayevin son döyüşü olub.
Şəhidimiz ötən ilin sentyabrında Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.
O, göstərdiyi şücaətlərə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.
Ailə üzvləri, yaxınları və dostları şəhidin 21-ci doğum gününü onun məzarı önündə qeyd ediblər. Rövşən Eynullayevin məzarı önünə güllər düzülüb, ruhuna dualar oxunub. Ziyarətçilər şəhidimizlə bağlı xoş xatirələrini bölüşüb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı