“Vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır”
Şəymən Bayramova
12:22 02.07.2020
Cəmiyyət
1202
"İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir”
“Hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır"
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırıb.
Bunun səbəbi də insanların karantin qaydalarına riayət etməməsidir. Qaydalar isə çox sadədir - lazım olmadıqca evdən çölə çıxmamaq, tibbi maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara riayət etmək.
Ancaq bəzi vətəndaşlar bu qaydalara əməl etmirlər. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.
Artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir.
Təəssüf hissi ilə əhalinin karantin qaydalarına, xüsusən də maskadan istifadəyə biganə yanaşmasından danışan millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a deyib ki, cərimələr və inzibati cəzalarla yanaşı, vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır: "İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir. Azərbaycanda pandemiyanın ilk günlərindən
dövlət tərəfindən “COVİD 19”la mübarizədə xalqı qorumaq üçün lazımı addımlar atılır.
Vətəndaşlar da koronavirusla mübarizəyə eyni həssaslıqla yanaşmalı və əhalinin sağlamlığı üçün tələb olunan karantin qaydalarına əməl etməlidir.
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.
Dövlətin, polisin bir tələbi var, o da hər bir vətəndaşın qaydalara tam əməl etməsidir. Karantin rejiminin tezliklə bitməsi bilavasitə bizim özümüzdən asılıdır.
Əgər tez bitməsini istəyiriksə, qaydalara tam riayət etməliyik. Bu daha çox özümüzə lazımdır. Vəziyyətin təhlili göstərir ki, xəstəliyin əhatə dairəsi daha da genişlənir. Qaydalara əməl etmədikcə virusa yoluxanların sayı daha da artacaq. Acı nəticələri daha çox hiss etməyə başlayacağıq.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.
Əgər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik".
Millət vəkilinin sözlərinə görə, hər şeydən öncə vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır:
"İnsanlar ictimai nəqliyyatda, qapalı məkanlarda, mağazalarda, dayanacaqlar qaydaları pozan, maskasız gəzən insanları qınamalı və kəskin münasibət bildirməlidir. Bir sözlə, hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə