Vətəndaşlar anlamalıdırlar !- “Bütün qərarlar bizim sağlamlığımız üçündür”
Fidan Həmişəyeva
15:48 02.07.2020
Cəmiyyət
767
Ölkəmizdə koronavirusla mübarizə davam edir. Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün tədbirlər görülüb davam edir. Dövlətimiz üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.
Lakin hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.
Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil. Çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.
Millət vəkili Mahir Abbaszadə “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə pandemiyanın ilk dövrlərində vətəndaşlarımız, sanki, koronavirusun nə qədər təhlükəli olduğunu dərk edirdi. Həmin zamanlardan dövlət pandemiyanın vətəndaşlara vurduğu ziyanla bağlı tədbirlər görməyə başladı.
Parlament üzvününü sözlərinə görə, cənab Prezident çıxışında dəfələrlə qeyd edib ki, qarşımızda 2 böyük yol var:
“Bu yollardan biri əhalinin sağlamlığı, digər isə iqtisadi aktivliyin qorunub saxlanmasıdır. Ölkə başçısı vətəndaşların sağlamlığını seçdi. Dövlətin iqtisadi aktivliyinin aşağı düşməsi bahasına olsa da, insanların sağlamlığı prioritet məsələ kimi önə çəkilir.
Səyyar xəstəxanaların tikilməsi, ölkəyə nəfəs aparatlarının gətirilməsi, xaricdə təhsilini davam etdirən həkimlərin yenidən Azərbaycana qaytarılması və.s kimi tədbirlər görüldü. Bu addımların hər biri dövlətimiz tərəfindən vətəndaşların sağlamlığına hesablanıb”.
Millət vəkili qeyd edib ki, ölkəmizin koronavirusla mübarizə təcrübəsi digər dövlətlər üçün bir nümunədir:
“Amma təəssüf ki, bəzi vətəndaşlarımız virusun varlığına inanmırlar. Maskadan və spirtdən istifadə olunmur, sosial məsafə gözlənilmir. Belə olduğun təqdirdə yoluxanların sayı artmaqdadır. İnsanlarımız dərk etməlidir ki, koronavirus adi qrip deyil.
Digər qriplərin vaksinləri var. Amma dünya birdən-birə belə bir epidemiya ilə üz-üzə qaldığı təqdirdə, dövlətlər hələ ki, bir yol bilirlər-sosial izolyasiya qaydalarına əməl etmək, təmizliyə ciddi yanaşmaq, insanlarla təması azaltmaq. Hər bir insan özünün həkimi olmalıdır.
Vətəndaşlar anlamalıdır ki, bu gün polislər və həkimlər gücləndirilmiş iş rejimində çalışırlarsa, bütün bunlar bizim sağlamlığımız üçündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm