Buna baxmayaraq qanunsuz sərnişindaşıma xidmətini həyata keçirən işbazlar əməllərindən əl çəkmirlər.
“Vətəndaşlarımız tələblərə əməl etmirlər” – Yoluxma halları artır !
Fidan Həmişəyeva
09:17 23.06.2020
Cəmiyyət
1014
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq qaydaları pozanların sayı çoxdur. Məlumdur ki, 21 iyun-5iyul tarixlərində vətəndaşların regionlara gedib-gəlməsinə dair məhdudiyyətlər tətbiq olunub.
Buna baxmayaraq qanunsuz sərnişindaşıma xidmətini həyata keçirən işbazlar əməllərindən əl çəkmirlər.
Həmin sürücülər belə bir zamanda həm gediş haqlarını yetərincə “qaldırırlar”, həm də qanunsuzluğa yol verib təhlükəli vəziyyət yaradırlar. Çoxlu sayda cərimələrin tətbiq olunmasına rəğmən “öz çaldıqları mahnıya oynayanların “sayı bitmir.
Baş verənləri dəyərləndirən millət vəkili Tahir Kərimli “Sherg.az”a bildirib ki, bu yaxınlarda Gürcüstanın azərbaycanlı millət vəkili maraqlı, eyni zamanda haqlı bir müqayisə aparıb:
“Həmin millət vəkili deyirdi ki, “Bizdə hamı qanuna riayət edib, ona görə də koronavirusa qarşı mübarizə uğurlu gedir. Amma sizdə bu proses əksinədir deyə virusa yoluxanların sayı artır”. Bunu deməkdə məqsədim odur ki, həqiqətən də vətəndaşlarımız qoyulan tələbləri yerinə yetirmirlər. O cümlədən qanunsuz sərnişin daşımaları ilə məşğul olanlar var. Baxmayaraq ki, ciddi və sərt tədbirlər qoyulur, amma qanunsuzluğa yol verənlər çoxdur.
Məlumdur ki, rayonlardan gəlib burada yarmarkalarda işləyənlər çoxdur, onlar toplu şəkildə bir yerdə olurlar və bir-birinə koronavirus xəstəliyini keçirirlər. Ümumiyyətlə, qadağan olunan bir sıra zonalar var ki, ora narıncı zona elan olunub. Yəni burada virusa yoluxma ehtimalı daha yüksəkdir”.
Deputatın fikrincə, qanun qanundur və hər kəs əməl etməlidir:
“Təcrid qaydaları müəyyən edilibsə, deməli dövlətin qərarı budur. Əvvəlcədən şəhər sakinləri rayona gediblərsə, onlar rahat istirahətlərini etməlidirlər, heç Bakıya gəlməsinlər. Qaydaları pozmaqla, nəyəsə nail olmaq mümkün deyil. İnsanları başa düşmək olur, gəzmək istəyirlər. Amma müəyyən qaydalar var. Onlar xəstəxanadan arayış alıb tamam sağlam olduqlarını sübut edib sonra hakimiyyət orqanlarına müraciət edərək sağlam olduqlarını göstərərək rayona gedə bilər. İnanıram ki, hakimiyyət orqanları həmin vətəndaşın rayona getməsinə imkan verər. Amma nəzarətsiz şəkildə hərəkət etsələr, sağlam insanlar bu xəstəliyə tutula bilərlər. Ona görə də qanunsuz əməllərə yol verənləri qınayır, onları qaydalara əməl etməyə dəvət edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya