Vəzifəli şəxslərin cəbhə bölgələrinə səfərində fayda var: “Məlumatlı olurlar...”
Fidan Həmişəyeva
10:22 16.09.2020
Cəmiyyət
1449
“Bu, həm də hərbçilərin ruh yüksəkliyinə müsbət təsir göstərir”
Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.
H.Hacıyev düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanıb. Prezidentin köməkçisi müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.
Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb.
Mövcud durumla bağlı “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev və general Kərim Vəliyevin cəbhə bölgəsində olması arzuolunan addımdır.
Ş.Ramaldanov qeyd edib ki, mülki şəxslərin cəhbə bölgəsinə getməsinin özəl bir yanaşması var:
“Belə bir deyim: xalq və ordu bir yerdədir. Hikmət Hacıyev və Kərim Vəliyevin cəbhə bölgəsinə gedib əsgərlərimizlə görüşməsi onlar üçün də böyük marağa səbəb olub.
H.Hacıyev Prezidentin köməkçisi olaraq səngərlərdə olub, əsəgərlərlə görüşüb, vəziyyətlə yerində tanış olub. Onun təmas xəttində olan əsgərlərin məişət və sosial durumunu görməsi, əsgərlərin ruh yüksəkliyinin şahidi olması, onlarla bir yerdə çörək kəsməsi, bu hadisələri öz prizmasından Prezidentə məruzə etməsi xüsusi əhəmiyyət kəsb edir”.
Əsgər və hərbçilər tərəfindən də bu görüşlərin maraqlı və müsbət qarşılandığını deyən Ş.Ramaldanov vurğulayıb ki, dövlət ordunun yanındadır:
“Ordumuz da dövlətin bir atributudur. Düşünürəm ki, bu görüşdən sonra Hikmət Hacıyevin cənab Prezidentə məruzə edəcəyi məlumatlar və təkliflər də olacaq. Hər bir dövlətin nümayəndəsi vəzifəsindən asılı olmayaraq, əsgər və hərbçilərlə nə qədər çox görüş keçirərsə, bu, həm hərbçilərin ruh yüksəkliyinə müsbət təsir göstərəcək, həm də vəzifəli şəxslərin təmas xəttindəki durumdan məlumatlı olmasına imkan yaradacaq.
Ona görə də Hikmət Hacıyev və Kərim Vəliyevin gedişi bütün orduda və cəmiyyətdə müsbət qarşılanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat