Vəzifəyə vicdanlı adamlar gətirilir
09:39 12.01.2021
Cəmiyyət
602
Qarabağ qazisi və şəhid ailəsinin üzvü bu xalqı "YAŞAT"maq gücündədir
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub. Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib. Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu isə "YAŞAT" Fondunda məsul vəzifəyə təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.
Bu təşəbbüsü müsbət dəyərləndirən siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, şəhid ailə üzvlərinin və qazilərin bu işə cəlb olunması atılan ən düzgün addımlar biridir. Ekspert qeyd edib ki, üzvlərə baxdıqdan sonra, fondun şəffaf işləyəcəyinə heç bir şübhə yoxdur:
"Çünki şəhid ailələri və qazilərin hər biri yaxşı bilir ki, onların qayğıları nədir. Yəni bunlar sadəcə olaraq, adi bir məmur kimi problemləri dinləyib və öyrənməyəcəklər.
Eyni zamanda özləri də həmin hissləri yaşadığına görə, onları yaxşı başa düşəcəklər. Bildiyimiz kimi, "YAŞAT" Fondu yalnız şəhid ailələrinə və əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara yardım etmək məqsədilə yaradılıb.
Ona görə də burada vicdanlı yanaşma müşahidə edəcəyik. Yəni onlara müraciət edən şəhid ailəsinin üzvünün və qazilərimzin problemlərini öz problemləri kimi qəbul edəcəklər.
Təbii ki, bir insan problemi həll etmək üçün ürəkdən çalışarsa, o öz müsbət həllini tezliklə tapar. Düşünürəm ki, çox gözəl və uyğun yanaşmadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm