Vəziyyət kritikdir: “Vətəndaşlar sosial izolyasiyaya əməl etməlidirlər”
Fidan Həmişəyeva
14:42 10.06.2020
Cəmiyyət
982
“Hər kəs məsuliyyətli olmalıdır ki, hökumətimizin səyləri öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”
Dünən Prezident İlham Əliyevin iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Açılışda iştirak edən Prezident İlham Əliyev mühüm məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir:
“Güclü səhiyyə infrastrukturu mövcud vəziyyətdən də şərəflə çıxmağa imkan vedi. Koronavirusla mübarizə sahəsində işlər yüksək
səviyyədə təşkil olunub. Azərbaycan xalqı çətin dövrdə birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”.
Ölkə başçısının çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Anar Məmmədov bildirib ki, bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan isə koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir.
Deputat qeyd edib ki, artıq aylardır koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır:
“Ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər də dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir.
Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini verib. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub”.
Parlamentari bildirib ki, bu günə qədər səhiyyə sistemində aparılan quruculuq və yenidənqurma işləri koronavirusa qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayır:
“Cənab Prezident İlham Əliyev səhiyyə sisteminin inkişafını, müasirləşdirilməsini daim diqqətdə saxlayır. Həm paytaxt Bakıda, həm də bütün regionlarımızda müasir tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş, peşəkar həkimlərimizin çalışdığı tibb ocaqları fəaliyyət göstərir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı oldu. Cənab Prezident bundan öncə olan ilk modul tipli xəstəxananın açılışında da vətəndaşlara müraciət edərək bildirmişdi ki, vətəndaşlar şəxsi gigiyenaya riayət etməli, maska taxmalı, məsafə saxlamalı, gündə bir neçə dəfə sabunla əlləri yumalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər”.
Millət vəkilinin fikrincə, qısa müddət ərzində ölkə başçısının dəfələrlə vətəndaşlara müraciəti heç də səbəbsiz deyil:
“Yəni vəziyyət kifayət qədər kritikdir. Bunların fərqinə varıb, sosial izolyasiyaya əməl etməlidir. Hər kəs bu məsələdə tam məsuliyyətli olmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya