Vikipediyada Leyla Əliyeva haqqında özbək dilində bölmə yaradıldı
09:32 14.05.2020
Cəmiyyət
879
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Vikipedia Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA - ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin təsisçisi və sədri, şairə Leyla xanım Əliyeva haqqında Özbək dilində bölmə yaradılmış, Azərbaycan dilində bölmə isə yeni məlumatlarla zənginləşdirilmişdir.
Yaradılan bölmədə Leyla xanım Əliyevanın həyatı, təhsili, fəaliyyət göstərdiyi sahələr və hərəkatlar, Heydər Əliyev Fondu, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi çərçivəsində fəaliyyəti, habelə mədəniyyətlər arası dialoqa verdiyi mühüm töhfələr barədə məlumatlar yer alıb.
Qeyd olunur ki, Azərbaycanın daha geniş auditoriyada təbliği məqsədi ilə Leyla xanım Əliyeva tərəfindən 19 dekabr 2007-ci ildə Rusiyada “Baku” jurnalını təsis edilir və o, 2008-ci ilin mayayından İslam ƏməkdaşlıqTəşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru seçilməklə bu təşkilat çərçivəsində uğurlara imza atır.
Bölmədə ictimai xadim, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində aparılan işlər və bu hərəkat nəticəsində dünyanın onlarla ölkəsi, ABŞ-ın 22 ştatı, 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırım kimi tanıdığı qeyd olunur.
Bölmədə tanınmış ictimai xadim, şairə Leyla xanım Əliyevanın yaradıcılığına da nəzər salınmış, onun aktiv bədii yaradıcılığı ilə bərabər, həm də rəssamlıq, rejissorluq kimi sahələrdə fəaliyyəti haqqında məlumat verilir. Leyla xanım Əliyevanın yaradıcılığında onun şah əsəri olan, babası Heydər Əliyevə həsretdiyi Elegiya şeirinin ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığı yazılır. Şairənin “Sanki bir alovsan”, “Dünya yuxutək əriyir...”, “Ulduzlar göylərdə düzülsəydi sırayla” əsərləri haqqında məlumat verilir, onun ilk dəfə olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilinə tərcümə olunmuş “Dunyo tushdek erib bormaqda (Dünya yuxutək əriyir) ... ” adlı şeirlər kitabı vasitəsi ilə əsərlərinin Özbəkistan oxucularına öz ana dillərində təqdim olunduğu bildirilir.
Məlumatlar arasında xüsusi ilə Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar yaradılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası barədə yazılır, planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etmək, gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə görülən işlər işıqlandırılır.
Bölmədə ictimai xadim və şairə Leyla xanım Əliyevanın əsərləri, mükafatları, yaradılmış qalereyada isə bir sıra fotoşəkilləri yer alır.
Yaradılmış bölmə ilə https://uz.wikipedia.org/wiki/Laylo_Aliyeva adlı linkdə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya