Stansiyaların girişindəki polis əməkdaşları bu məqama xüsusi diqqətlə yanaşır, qərara məhəl qoymayanlara tibbi maska almağı tövsiyə edirlər. Polisin çağırışını da qulaqardına vuranlar 100 manat məbləğində cərimə olunurlar. Son günlər ərzində cərimələnənlərin sayı xeyli artıb...
Virus nə küçə tanıyır, nə də metro… ! - “Tibbi maska sağlamlıq üçündür”
Banuçiçək Kalbalıyeva
11:12 17.05.2020
Cəmiyyət
868
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərragahın qərraı ilə may ayının 9-dan etibarən Bakı Metropoliteni fəaliyyətini bərpa etdi. Amma sərnişinlər stansiyalardan içəri tibbi maskasız buraxılmır.
Stansiyaların girişindəki polis əməkdaşları bu məqama xüsusi diqqətlə yanaşır, qərara məhəl qoymayanlara tibbi maska almağı tövsiyə edirlər. Polisin çağırışını da qulaqardına vuranlar 100 manat məbləğində cərimə olunurlar. Son günlər ərzində cərimələnənlərin sayı xeyli artıb...
Bəzi vətəndaşlar sözün əsl mənasında gözdən pərdə asmaq istəyirlər. Onlar çox unikal bir variant tapıblar. Qatara daxil olana kimi əksəriyyətin üzündə tibbi maska olur. Ancaq elə ki, vaqonda yerini rahatladı, içəridə polisin yoxluğuna əmin oldu, maskanı çıxarıb cibinə qoyur. Lap “körpüdən keçənə kimi...” misalı yada düşür.
Nə bilmək olar, bəlkə də, koronavirus Bakı Metropoliteninin qapılarından içəri keçə bilmir...Nə olsun ki, dünynanı gəzib, ən ucqar rayonlara, kəndlərə gedib çıxıb?
Sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında deyib ki, bir çoxlarından ötrü maska taxmaq yalnız cərimə qorxusuna görədir:
“Virusun qapalı məkanda daha tez yayılacağını başa düşmək lazımdır. Tibbi maskadan istifadə etmək cərimə qorxusuna görə yox, sağlamlıq üçün olmalıdır. Məgər 100 manat sağlamlıqdan vacibdir? Görünür, belələri rahatlığı sağlamlıqdan üstün tuturlar. Həm də biz təkcə özümüzü yox, ətrafı da düşünməliyik. Xəstə olub-olmamağımız o qədər vacib deyil. Hər halda ətrafda bizim kimi yüzlərlə insan olur. Biz virusu ətrafa yaya bilməklə yanaşı, həm də özümüz yoluxa bilərik. “Mall”ların bağlanması heç də təsadüfi deyil. Çünki mütləq sosial məsafə qorunmalıdır. Bu, ən vacib məsələlərdən biridir”.
Sosioluqun sözlərinə görə, insanlar hələ də vəziyyətin ciddiliyini anlamırlar:
“Sabahdan SMS icazəsi ləğv olunur. Lakin çoxları bu gündən SMS göndərməməyə başlayıblar. Bu, laqeydlikdir. Son bir həftə ərzində yoluxanların sayının artması da onu deməyə əsas verir ki, maarifləndirmə işləri daha güclü aparılmalıdır. Ta ki, insanlar hansı təhlükə ilə üz-üzə qaldıqlarını dərk edənə qədər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya