Virusdan qorunmağın yeganə yolu:“Özümüzü müdafiə etməliyik!”
Fidan Həmişəyeva
09:46 09.06.2020
Cəmiyyət
856
“Spesifik müalicə yoxdursa, bir yolumuz qalır: sosial məsuliyyətimizi dərk edərək maskalardan istifadə etmək, sosial məsafəni gözləmək”
“Həmçinin, əllərimiz sprit tərkibli dezinfeksiya edici maddələrlə dezinfeksiya etmək və lüzum olmadığı zaman evdən çıxmamaq tövsiyə olunur”
“Vətəndaşlar sosial məsuliyyəti kənara qoyaraq, vəziyyətin ciddiyətini nəzərə almırlar. Pandemiya başlayan vaxtdan Azərbaycan hökuməti kifayət qədər yüksək effektli tədbirlər həyata keçirib. Mart ayında dünya ölkələri pandemiyanı çox ciddi qəbul etmirdilər. Hesab edirdilər ki, bu çox da böyük təhlükə deyil”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, yeganə bir yolu var, o da virusdan qorunmaqdır:
“Bunun üçün ilk növbədə dezinfeksiyaedici maddələr və maskaların olması vacibdir. Koronavirusla mübarizədə yeganə silah növü budur ki, bu qrupa aid insanlar öz sosial məsuliyyətlərini dərk etməlidirlər. İtaliyada, Fransada, Almaniyada xüsusən qocalar evində nə qədər müxtəlif yaş qrupuna aid insanlarda şəkərli diabet, təzyiq xəstəlikləri olanlar kütləvi şəkildə həyatlarını itirdilər. Bu virus orta yaş qrupu, gənclər, uşaqlar arasında fərq qoymadan hücuma keçib. Belə olan təqdirdə insanlar yeganə silah növü özlərini təcrid etməli, təmasları azaltmalı, yalnız zərurət yarandığı halda küçəyə çıxmalı və bu kimi qorunma vasitəsilə virusa yoluxmamalıdırlar. Bunun indiki dövrdə başqa bir yolu yoxdur”.
Millət vəkili bildirib ki, sanitar epidemioloji tədbirlərin həyata keçirilməsi bütün aspektlərdən çox önəmlidir:
“Nəzərə alsaq ki, virus havada qalmır məhz səthə hopur. Belə olduğu zaman müxtəlif dezinfeksiyaedici vasitələrilə küçələrin, blokların, ictimai yaşayış binalarının, həyətdə olan uşaq meydançalarının, oturacaqların mexaniki üsulla, yəni təzyiq altında, şırnaq şəklində dezinfeksiya olunması virusa öldürücü təsir edir.
Dezinfeksiyaedici maddələrdən istifadə etmək ona görə vacibdir ki, sosial məsuliyyəti itirən insanlar küçəyə, parka çıxarkən ən azından müəyyən faiz etibarı ilə bu xəstəliklədən qorunmuş olur.
Dezinfeksiya olunma prosesi hər həftə mütəmadi olaraq həyata keçirilir və çox təqdirəlayiq haldır. Bunun üçün ölkəmizdə kifayət qədər dezinfeksiyaedici məhlullar və maddələr var.
İlk növbədə virusla uzun müddət yaşayacağımızı qəbul etməliyik. Streotipə çevirməliyik ki, bu bizim yaşam tərzimizdir. Bu yaşam tərzində nə etməliyik? Məhz, bu sualı qarşımıza qoymalıyıq. Özümüz- özümüzü müdafiə etməliyik. Spesifik müalicə yoxdursa, bir yolumuz qalır.
Sosial məsuliyyətimizi dərk edərək maskalardan istifadə etmək, sosial məsafəni gözləmək, əllərimiz sprit tərkibli dezinfeksiya edici maddələrlə dezinfeksiya etmək və lüzum olmadığı zaman evdən çıxmamaq tövsiyə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm