Xalq yumruq kimi birləşib ! – “Əsgərlərimizin, ordumuzun yanındadır”
Fidan Həmişəyeva
14:31 26.10.2020
Cəmiyyət
829
“Novco Group of Companies”in təsisçisi və direktoru, biznesmen, səyyah, alpinist və bloger Fərid Novruzi xidmətdə olan əsgərin arzusunu həyata keçirib. Fərid Novruzi Hadrutun azad edilməsində iştirak edən əsgərə onun da arzusuna uyğun olaraq "Mersedes" markalı avtomobil alıb. Biznesmen bunu "Facebook" səhifəsində paylaşıb:
"Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!
Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)"- deyə o, qeyd edib.
Bu gün dövlətimizlə bərabər, bütün vətəndaşların bir amalı var: O da əsgərlərimizə xidmət etməkdir. Maddi durumundan asılı olmayaraq müzəffər ordumuza yardım edən, əsgərlərimizi düşünən xalqımız var. Dəfələrlə bunun şahidi olduq. Kimisi şəhidlərimizin ailə üzvlərinə maddi yardım göstərdi, kimisi də əsgərimizi arzusuna çatdırdı.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, xalq hər zaman bir yumruq kimi birləşib, əsgərlərimizin, ordumuzun yanında olub:
“Kimin əlində nə gəlirsə, onu da edir. Xalq əsgərimizin, qazimizin, şəhidimizin və onların övladlarının problemlərini həll etmək üçün çalışır. Xüsusilə imkanlı şəxslər bunu öz üzərinə götürsə, bu, hər kəs üçün örnək olar. Düzdür, onsuz da dövlətimiz hər şeyi edir. Amma o demək deyil ki, vətəndaşlarımız əsgərə kömək etməməlidir. Məsələn, Türkiyədə “Mehmetcik” yardım fondu var. Həmin fonda imkanlı şəxslər müəyyən miqdarda pul köçürürlər, hədiyyələr verirlər. Əlbəttə, kimin imkanı varsa, əsgərimizin qayğıları ilə maraqlana bilər. Bu, çox gözəl təşəbbüsdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət