Sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs torpaqlarımızın azad edilməsi uğrunda döyüşə səfərbər olub. Bu çətin, lakin şərəfli günlərdə səngərdə döyüşən əsgərləri diqqətdə saxlamalıyıq. Bunun şahidi oluruq da. Azərbaycan xalqı , bəlkə də, heç vaxt olmadığı qədər həmrəydir. Uşaqdan böyüyə - hər kəs cəbhədə döyüşən əsgərlərimizə əlindən gələn yardımı göstərir.
Xalqımız , bəlkə də, heç vaxt olmadığı qədər həmrəydir – Şərəfli günlərə şahidlik !
Fidan Həmişəyeva
13:37 03.11.2020
Cəmiyyət
700
“Xalqımız əsgərlərə və ordumuza sahib çıxır. Tökülən bütün qanların qısası alınır”
“İndiyə qədər heç kəs işğal edilmiş torpaqlarımızdan bir qarışını belə azad etməyib. Lakin Ali Baş Komandanımız tarixə imza atdı”
“Azərbaycan xalqı milli qeyrəti ilə vətənini müdafiə edir və vətən müharibəsini aparır”
Bu gün dünya xəritəsində olan hər dövlət heç də Azərbaycan kimi hərbi siyasət yürütmək iqtidarında deyil. Bu, bir faktdır. Müasir hərb tarixində şanlı ordumuz yeni, qələbələrlə dolu səhifələr yazır. Onların sayəsində xəyallarımız gerçəyə çevrilir. Erməni qəddarlığının qurbanı olmuş məsum körpələrin, erkən yaşlarında həyatı kəm-kəsir qalan yeniyetmələrin, şəhidlərimizin qisası alınır. Ürəyimizdəki nisgilləri və acıları müəyyən dərəcədə unutdurub, üzümüzü güldürən, bizə sevinc göz yaşları bəxş edən Azərbaycan Ordusu hər birmiz üçün dəyərlidir.
Sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs torpaqlarımızın azad edilməsi uğrunda döyüşə səfərbər olub. Bu çətin, lakin şərəfli günlərdə səngərdə döyüşən əsgərləri diqqətdə saxlamalıyıq. Bunun şahidi oluruq da. Azərbaycan xalqı , bəlkə də, heç vaxt olmadığı qədər həmrəydir. Uşaqdan böyüyə - hər kəs cəbhədə döyüşən əsgərlərimizə əlindən gələn yardımı göstərir.
Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Sherg.az”a açıqlamasına görə, hər kəs 30 ildir torpaqlarımızın azad edilməsini istəyirdi. İndi isə Ali Baş Komandan o arzuları reallaşdırır:
“Mübarizəmiz ağır şərtlər altındadır. Baxmayaraq ki, haqlı tərəf Azərbaycandır, beynəlxalq hüquq bizim yanımızdadır, erməni diasporu, bəzi güc mərkəzləri, Minsk qrupunun 3 həmsədr ölkəsi Azərbaycanın qarşısına durublar ki, yenə bəhanə gətirib, məsələni sülh yolu ilə həll etsinlər.
Lakin cənab Prezident heç kəsə fikir vermədən öz əsgərinə güvəndi və torpaqlarımızı azad etmə mübarizəsi başladı. Bu gün vətən müharibəsi aparırıq. Prezidentimiz ilk gündən “Qarabağ Azərbaycandır” şüarını səsləndirdi.
Biz Azərbaycanın müdafiəsindəyik, dövlət atributumuz olan nə varsa, onu qorumaq üçün mübarizə aparırıq. Düşmənin işğal etdiyi torpaqlar azad edildikdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.
Xalqımızın vətən müharibəsində ordu və əsgərinin yanında olduğuna diqqət çəkən T.Rüstəmxanlı söyləyib ki, Azərbaycan xalqı bu gün də həmrəyliyini ortaya qoyur:
“Xalqımız əsgərlərə və ordumuza sahib çıxır. Tökülən bütün qanların qısası alınır. İndiyə qədər heç kəs işğal edilmiş torpaqlarımızdan bir qarışını belə azad etməyib. Lakin Ali Baş Komandanımız tarixə imza atdı.
Çox şərəfli günlərin şahidi oluruq. Əlbəttə, hər birimiz bu günlər üçün ön cəbhədə savaşan əsgərlərimizə xidmət etməliyik. Bu, Qarabağ uğrunda şəhid olanların ruhu qarşısında borcumuzdur.
Çünki bütün bunlar milli qeyrət məsələsidir. Azərbaycan xalqı milli qeyrəti ilə vətənini müdafiə edir və vətən müharibəsini aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət