“Xalqımız dövlətimizlə, ordumuzla birlikdədir”
Fidan Həmişəyeva
05:27 29.09.2020
Cəmiyyət
518
“Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək”
“Münaqişə hansı yolla olursa-olsun tezliklə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”
Şanlı ordumuz düşmənin cəbhəboyu zonada yerləşən mövqelərimizi atəşə tutumasına layiqli cavabını verdi. Separatçı rejim növbəti təxribatını törətdi. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dərhal genişmiqyaslı əks hücum əməliyyatlarına başladı. Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdir, bütün sahələrdə aktiv iştirak edən gənclərimiz var. Yaşından asılı olmayaraq hər bir gəncimiz Ali Baş Komandanın ətrafında sıx birləşib. İgid oğullarımız istənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.
Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Mahir Abbaszadənin sözlərinə görə, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir.Və bu, çox qürurverici haldır. Parlamentari bildirib ki, düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir:
“Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıqları ilə gənclərimiz üçün nümunədirlər.
Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil. Millətimiz mərd və yenilməzdir”.
Deputat vurğulayıb ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması qeyri-mümkündür:
“Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirmək imkanında deyil. Bəzi güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərirlər.
Amma qüdrətli ordumuzun hər an çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.
Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir. Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Münaqişə hansı yolla olursa-olsun tezliklə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat