"Xalqın birliyi lazımdır"
Turan
07:38 16.07.2020
Cəmiyyət
689
"Vətənin ağır günündə təxribatlara yol vermək olmaz"
Yaqub Məmmədov: "Birlikdə yumruğumuzu sıxaraq düşmənin başını əzməliyik"
İyul ayının 14-də gecə saatlarında gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi və qürurverici hadisədir. Bu yürüş həm də erməni quldurlarına, işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi. Lakin bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin əsgərimizə dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz.
Aksiya zamanı səsləndirilən təhlükəli çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusudur. Mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq təşəbbüsləri yolverilməzdir.
Sərhəddə hərbi əməliyyatlar getdiyi vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib.
Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalıdır. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.
Ordumuza dəstək yürüşü zamanı yaşanmış arzuolunmaz hadisələri “Şərq”ə təhlil edən Milli Məclisin sabiq sədri Yaqub Məmmədov bildirib ki, Vətənin ağır günündə bu cür təxribatlara yol vermək olmaz. Eks-spikerin sözlərinə görə, düşmənin təxribatları zamanı xalqın həmrəylik nümayiş etdirməsi, soyuqqanlı və ağıllı addımlar atması çox vacibdir:
“Əqidəsindən asılı olmayaraq bütün siyasi qüvvələr həssas məqamlarda birləşməli, iqtidar və müxalifət ayrıseçkiliyi edilməməlidir. Birlikdə yumruğumuzu sıxaraq düşmənin başını əzməliyik.
Əlimizə bir fürsət düşüb və çalışıb ermənilərin dərsini verməliyik. Bunun üçün isə xalqın birliyi lazımdır. Mütəşəkkil olmaq əvəzinə, paytaxtda bir-birimizə, asayişi qoruyan hüquq-mühafizə orqanlarına güc tətbiq edirik. Milli Məclisin şüşələrini sındırmaqla nəyə nail olmaq istəyirlər?!
Ermənilər bizim hərəkətlərimizə baxıb gülürlər. Deyirlər baxın, azərbaycanlılar öz hökumətlərinə qarşı çıxırlar və s. Bunlara yol verənlər mütləq cəzalandırılmalıdır. Belə təxribatların qəti əleyhinəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə