Xanım deputat SOS siqnalı verdi: “Hər həftə qadın qətlə yetirilir"
09:09 20.09.2025
Cəmiyyət
566
“Hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq”
"Qanunların icrası ilə bağlı işimizi gücləndirməliyik". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib. Komitə rəhbəri bildirib ki, hansısa çox ciddi bir məsələ olanda dinləmə keçiririk: "Buna baxmayaraq, bir çox məsələlər, xüsusilə qəbul olunan bəzi qanunları bir çox insan dərk etmir. Buna görə də belə bir problem yaranır. Biz çox yaxşı qanunlar qəbul edirik, amma onların icrası necə olmalıdır?! Bu istiqamətdə işimizi daha da gücləndirməliyik. Bəlkə də, əlavə dinləmələr keçirməliyik, mütləq icraçı orqanları, QHT-ləri dəvət etməliyik".
"Ya qanunu sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq"
Deputat Müşfiq Məmmədli deyib ki, ailənin möhkəmliyi qadının sağlamlığından asılıdır. O bildirib ki, doğum və doğuşayardım müəssisələrində qurulan işin keyfiyyətinin artması və bu istiqamətdə görülən işlərlə yanaşı, bu məsələ ilə bağlı dinləmənin keçirilməsi çox yaxşı olardı".
Millət vəkili İlham Məmmədov deyib ki, erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb: "Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə də, bu məsələyə yenidən baxmalıyıq. Ya qanunu sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq. Erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülsün".
"Qadın qətli törədənlərə ömürlük həbs cəzası verilsin"
Xanım deputat Tamam Cəfərova qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib. Deputat bildirib ki, qanuna dəyişikliyə yenə ehtiyac var: “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak eləsinlər. Lazımdırsa, bununla bağlı dinləmə də keçirək. Mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşları, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasını qətlə yetirdiyini məhkəmədə etiraf etdi və həbs olunmasını istədi. Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Dünyada belə bir proseslər gedir ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilsin. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi