“Xanımlarımız hər zaman cəbhədə ön sıralarda olublar”
Fidan Həmişəyeva
15:28 17.07.2020
Cəmiyyət
739
Cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlər arasında xanımlar da var. Könüllülər arasında xanımların olması xalqımızın bir yumruq kimi birliyinin göstəricisidir. Zaman-zaman Azərbaycan xanımları da igid oğullarımızla birgə ön cəbhədə olublar. Onlar da göstərdikləri döyüş şücaətləri ilə fərqləniblər. Bu torpağa qanlarını qataraq onun vətənə çevrilməsinə nail olublar. Tovuz istiqamətində baş verənlərdən sonra Azərbaycan xanımlarının vətənə, torpağa bağlılığının bir daha şahidi olduq.
Məsələ ilə bağl “Sherg.az”a danışan hüquq müdafiəçisi Səidə Qocamanlı da bildirib ki, Azərbaycan xanımlarının cəbhəyə getmək istəyi ilk hal deyil. Onun sözlərinə görə, xanımlarımız hər zaman cəbhədə ön sıralarda olublar:
“Burada o qədər də təəccüblü bir hadisə yoxdur. Tarixən nə qədər qadınlarımızı şəhid vermişik. Bu gün bütün Azərbaycan, sanki, bir cəbhədir. Vətəni qorumaq üçün əlimizdən gələni etməliyik. Harda oluruqsa olaq, səfərbərlik vəziyyətindəyik. Əlbəttə, söhbət vətən söhbətidirsə, deməli, hamı gedib vuruşacaq, torpaqlarımız uğrunda mübarizə aparacaq və işğalda olan ərazilərimiz mütləq azad olunacaq”.
S.Qocamanlı vurğulayıb ki, zaman-zaman Azərbaycan gənclərinin ruhunun öldüyü ilə bağlı fikirlər səslənirdi:
“Amma son olaylar göstərdi ki, gənclərimizdəki genetik ruh lazım olanda özünü büruzə verir. Kim olursa olsun, vətən uğrunda vuruşmağa hazırdır. Bu, olduqca sevindiricidir. Belə gənclərlə, belə vətəndaşlarla mütləq Qarabağı alacağıq. Tovuzda baş verən təxribatlara da yaxın zamanda son qoyulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya