Xəstə hara müraciət etməli olduğunu bilməlidir - AKTUAL
Məlahət Rzayeva
10:08 01.02.2020
Cəmiyyət
866
İcbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs yaradıldı. Vətəndaşı düşündürən də budur ki, səhiyyədəki problemlərlə bağlı bundan sonra hara müraciət ediləcək.
TƏBİB-in yaradılmasına dair fərmanda isə qeyd olunur ki, birliyin saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
TƏBİB-in fəaliyyətinə üç üzvdən ibarət İdarə Heyəti rəhbərlik və nəzarət edəcək. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini Agentliyin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir.
Ölkədə fəaliyyət göstərən tibb müəssiəslərinin əksəriyyəti “TƏBİB”in nəzarətinə verilib. Bu, çox uzun bir siyahıdır, qısaca onu deyək ki, başlıca tibb müəssisələri artıq “TƏBİB”in ixtiyarındadır.
Və TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.
Həmçinin “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta (İTS) fondunun vəsaitinin idarə edilməsini və İTS üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini də təmin edəcək.
2020-ci ildən etibarən İTS-nin ölkə üzrə tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, İTS çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması Agentliyə həvalə olunub. O cümlədən Agentlik İTS-nin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanması və digər məsələlərin icrası ilə bağlı tapşırıqları icra etməlidir.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, TƏBİB icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanması səbəbilə yaradılıb:
- TƏBİB icbari tibbi sığortanın tətbiqi ilə məşğul olan qurumdur. Ancaq hesab edirəm ki, tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində qalmalıydı. Bu, yetərli olacaqdı. Sadəcə, uyğun bir idarəetmə forması tapıla bilərdi. Baxın, hazırda bir neçə dövlət orqanı var ki, özünün xüsusi səhiyyə müəssisəsi fəaliyyət göstərir. Fövqəladə Hallar Nazirliyinin, Gömrük Komitəsinin, Dövlət Neft Şirkətinin... tibb müəssisələri var. Bu, doğru deyil. Səhiyyə müəssisələri bir qurumun tabeliyində olmalıdır. Amma daha müasir, daha optimal idarəetmə forması olmalıdır. İcbari tibbi sığortanın bütün ölkə boyu tətbiqinə hələ başlanmadığından bir qədər qarışıqlıq, anlaşılmazlıq yaranır. İcbari tibbi sığorta bütün ölkə üzrə tətbiq edilməyə başlandıqda qeyri-müəyyənliklər aradan qalxacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya