Belə ki, son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər deyə yoluxma sayı kəskin artır. Bu artım da özlüyündə çarpayı və tibbi avadanlıqların sayının artırılması zərurətini yaradır.
“Xəstəxanalar tikilməsəydi, problemlərlə üz-üzə qala bilərdik”
Şəymən Bayramova
12:21 27.06.2020
Cəmiyyət
968
“Yəni dövlət lazımi addımları atır. Lakin qaydalara əməl etməməklə dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salır”
“Prezident İlham Əliyev də öz nitqində məhz o insanları öz məsuliyyətini dərk etməyə çağırıb"
İyunun 24-də Gəncə şəhərində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan 5-ci modul tipli xəstəxananın açılışı olub.
Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir.
Belə ki, son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər deyə yoluxma sayı kəskin artır. Bu artım da özlüyündə çarpayı və tibbi avadanlıqların sayının artırılması zərurətini yaradır.
Modul tipli xəstəxanaların qurulmasının koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Tamam Cəfərova “Sherg.az”a açıqlamasında koronavirusa yoluxanların sayının ictimaiyyətdə ciddi narahatlıq doğurduğunu deyib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik:
"Yaxın həftələrdə sayının 10-a çatdırılması nəzərdə tutulan bu tip xəstəxanalar koronavirus infeksiyasına yoluxan şəxslərin müalicəsində əhəmiyyətli rol oynayacaq. Koronavirus infeksiyası ilə mübarizədə bütün dünya ölkələrinin gücsüz durumda olduğunu vurğulayan millət vəkili qeyd edib ki, hətta səhiyyəsi etalon hesab olunan ölkələrdə belə vəziyyət bizdəkindən daha ağırdır. Bunun əsas səbəblərindən biri də infeksiyaya yoluxan şəxslərin sayı ilə müqayisədə tibbi personalın sayının az olmasıdır. Azərbaycanda vəziyyətin digər ölkələrlə müqayisədə qənaətbəxş olması isə koronavirusla mübarizənin dövlət üçün prioritet olması ilə birbaşa əlaqəlidir. Ölkə rəhbərliyi COVİD 19 -la mübarizədə əlindən gələni edib və etməkdə davam edir. Ölkə başçısı İlham Əliyevin də açılış nitqində qeyd etdiyi kimi koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Bunun üçün dövlət lazımı addımları atır. Lakin öz məsuliyyətini dərk etməyən vətəndaşlar öz onlardan tələb olunan qaydalara əməl etməməklə dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salır. Prezident İlham Əliyev də öz nitqində məhz o insanları öz məsuliyyətini dərk etməyə çağırıb".
T.Cəfərovanın sözlərinə görə, koronavirusla mübarizədə tətbiq edilən cərimələr və inzibati tədbirlərlə paralel ictimai qınaq mexanizmi olmalıdı:
“İctimai nəzarət gücləndirilməsə bəzi vətəndaşların məsuliyyətsizliyi fonunda gündəlik yoluxanların sayı daha da artacaq. Bu isə ölkəmiz üçün heç də arzuolunan nəticə deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə