Xiyabandakı molla əndazəni aşdı
Turan
08:11 06.01.2021
Cəmiyyət
676
Şəhid və qazilərimizi fərqli dini görüş daşıyıcısı kimi topluma təqdim etməyə cəhd göstərənlər çox təhlükəli işlə məşğuldurlar
Bu, milli kimliyimizə təhdiddir. Belə davranışları qətiyyətlə rədd edirəm
Azərbaycanın Milli Qəhrəmanı, şəhid generalımız Polad Həşimovun İkinci Fəxri Xiyabandakı məzarına ad günü ərəfəsində ziyarətçi axını olub. Şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Anım mərasimi təşkil edən ziyarətçilər generalımızın həyatından, vurğunu olduğu şərəfli peşəsindən və qəhrəmanlığından danışıblar. Əfsuslar olsun ki, ziyarət əsnasında şəhidlərimizin ölməz ruhuna yaraşmayan arzuolunmaz hadisə də yaşanıb. Xiyabandakı mollalardan biri şəhid generalın məzarı başında məzhəb ayrıseçkiliyi salmağa cəhd edib.
“Din xadimi”nin Şəhidlər Xiyabanındakı bu əməli Füzuli briqadasının komandiri başda olmaqla bütün ziyarətçilərin kəskin reaksiyasına səbəb olub. Komandir bildirib ki, şəhidlərin anım günlərində təxribat xarakterli ifadələrin səslənməsi, bölücülük mesajlarının verilməsi yolverilməzdir. Mollaya mənəviyyat dərsi verən zabit vurğulayıb ki, 44 günlük Vətən müharibəsində düşmənə qarşı vuruşmuş və canını fəda etmiş bütün şəhidlərimiz bizim üçün dəyərli və müqəddəsdir.
Xiyabanda baş vermiş olayla bağlı “Şərq”ə danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, “Space” telekanalında yayımlanan “İnam” verilişinin aparıcısı Seyid Camal Əzimbəyli deyib ki, imana silah kimi sarılan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi ilə Qarabağda tarix yazdılar. Onun sözlərinə görə, bütün dünya şanlı Ordumuzun gücünü gördü və qiymətləndirdi:
“Qarabağın fatehi İlham Əliyevin də söylədiyi kimi böyük Qələbədə ən böyük üstünlüyümüz mənəvi ruhun yüksək olması idi. Mənəvi ruh hər hansı camaat anlayışı, fərqli dini görüşə mənsubluqla deyil, Allaha, Peyğəmbərə və onun mübarək ev əhlinə bağlılıqla əlaqəlidir. Bunlar isə xalqımızın genefondundan gələn və birbaşa mənəvi dəyərlərə bağlı olan amillərdir.
Karantin qaydalarını qorumaqla hər gün şəhid ailələrini ziyarət edirəm. Hər bir şəhidimizin bioqrafiyasına nəzər saldıqda onların isimsiz qəhrəmanlar olduqlarının bir daha şahidi oluruq. Hamısının Allaha bağlı, böyük etiqad sahibləri olduqlarını görürük. Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından, eləcə də şərqşünas-alim kimi deyirəm ki, şəhidlərimizi heç bir halda dini camaatlara, fərqli görüşlərə ayırmaq qəbuledilməzdir. Bu cür addımlar milli həmrəyliyimizin, dini bərabərliyimizin pozulmasına yönəlik addımlardır.
Dinimizin prinsiplərinə, bütövlükdə islamın təməl dəyərlərinə zidd əməldir. Baxışından asılı olmayaraq, Allah, bayraq və Vətən adına qəhrəmanlıq səlnaməsini yazan, canını fəda edən hər bir əsgər və zabitimiz şəhadət yolçusudur. Şəhidlərimiz və onların ailələri başımızın tacıdır. Din adına iddia edən, şəhid və qazilərimizi fərqli dini görüş daşıyıcısı kimi topluma təqdim etməyə cəhd göstərənlər çox təhlükəli işlə məşğuldurlar. Bu, milli kimliyimizə təhdiddir. Belə davranışları qətiyyətlə rədd edirəm”.
Şərqşünas vurğulayıb ki, Dövlət Təhlükəsizlik Xidməti təhlükəli çağırışlar edən şəxsləri müəyyən edərək zərərsizləşdirməlidir:
“Yaxın Şərqdəki hadisələrdə dindən müqavimət kimi istifadə edilməsinin fəsadlarını hamı gördü. Azərbaycanın dini mühitində zərərli çağırışların edilməsini dövlətçiliyə, dini və milli kimliyə qəsd kimi dəyərləndirirəm. İmana silah kimi sarılan 3 minə yaxın qəhrəmanımız şəhidlik zirvəsinə ucaldı. Allah dərgahında sorğulanmayan şəhidlərimizin hansısa bəndə tərəfindən din adına hesaba çəkilməsi ən böyük günah əməllərdəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm