““Xocalı” soyqırımı haqqında müxtəlif dillərdə filmlər çəkilsin”
Yusif Sultanoğlu
12:16 16.02.2021
Cəmiyyət
589
Fevralın 26-ı “ Xocalı” soyqırımının iyirmi doqquzuncu ildönümüdür. Bu münasibətlə həmin gün ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər faicənin 29-cu ilinə həsr ediləcək.
Bununla bağlı Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçiriləcək.
“Sherg.az”la həmsöhbət olan BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu “Xocalı”nın 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş ən böyük qətliam olduğunu söyləyib:
“Təəsüf ki, cinayətkar ermənilərin cəzalandırılmasına nail ola bilməmişik. Xocalı soyqırımı ilə bağlı əlimizdə faktlar, fotolar, videolar var. Beynəlxalq təşiklatlar bu məsələdə Azərbaycana yetərincə dəstək vermirlər.
Biz unutqan olmamalıyıq. Çalışmalıyıq ki, “Xocalı” soyqırımı ilə bağlı tədbirlər hazırlayaq və dünya ictimaiyyətinin diqqətini cəlb edək.
İnanıram ki, bir gün Xocalıda toplaşıb, orda soyqırımın qurbanlarına abidə ucaldacağıq. Hələ ki, bunları Azərbaycanın digər bölgələrində həyata keçirməliyik.
Soyqırımı ilə bağlı tədbirlərin intensivliyini artırmaq, beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək, “Xocalı” haqqında müxtəlif dillərdə kitabların çap edilməsi, filmlərin çəkilməsi işlərinə baxılmalıdır.
Hər azərbaycanlı bilməlidir ki, 1992-ci il fevralın 26-da 600-dən çox günahsız insan ermənilər tərəfindən milli, dini mənsubiyyətinə görə qətlə yetirilib, biz bunu gənc nəslin beyninə həkk etməliyik”.
Nəsiman müəllim həmçinin Xocalı soyqırımı ilə bağlı ilk kitabı 1992-ci ildə özünün yazdığını da vurğulayıb:
“Qeyd etmək istəyirəm ki, Xocalı faciəsi ilə bağlı müxtəlif ölkələrdə diaspora təşiklatlarımız, səfirlərimiz fəaliyyət göstərməlidir. Tədbirlərə yalnız azərbaycanlıları deyil, başqa xalqların nümayəndələrini, xarici media mənsublarını da dəvət etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya