Xoşbəxtliyin birinci faktoru sağlamlıqdır
23:48 19.02.2021
Cəmiyyət
726
Əhalinin psixoloji maariflənməsinə fikir verilmir
Ötən il Türkiyədə aparılan araşdırma nəticəsində ölkə əhalisinin 48,2 faizinin xoşbəxt olduğu müəyyən edilib.
Türkiyənin Statistika Komitəsi yaşı 18-dən yuxarı olan şəxslər arasında apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.
Qardaş ölkənin əhalisi arasında qadınlar özlərini kişilərə nisbətən daha xoşbəxt hiss edirlər. Belə ki, 2020-ci ilin statistikasına əsasən ölkədə xoşbəxt qadınların sayı ümumi rəqəmin 53,1 faizini təşkil edib.
Araşdırmalar nəticəsində bəlli olub ki, Türkiyədə ailəli şəxslər subaylara nisbətən daha xoşbəxtdirlər.
Ölkədə özünü ən xoşbəxt hiss edənlərin yaşının 65-dən yuxarı olması təəccüblü olduğu kimi eyni zamanda maraq doğurur.
Qeyd edək ki, onları xoşbəxt edən əsas amil isə sağlamlıq olub.
Bəs, Azərbaycanda da insanların yaşayışı öyrənilib belə bir statistika açıqlansaydı nəticə necə olar, insanlar nə cavab verərdi? Ümumiyyətlə, onları xoşbəxt edən amil nə olardı?
Mövzunu psixoloq Elnur Rüstəmovun "Şərq"ə olan açıqlaması əsasında daha dərindən öyrəndik: "Ümumən yanaşsaq, bugünkü dünyada əsas məsələ keyfiyyətli yaşamaq məsələsidir. Yəni söhbət insanın həyatı dolu-dolu yaşamasından gedir.
Ümumiyyətlə, söhbət təkcə maddiyyatdan getmir. Burda insan faktoru öndədir. Onlarda da əsas diqqət psixi saxlamlıq və təhlükəsizlik məsələlərinə yönəlir.
Məsələ də budur. Əgər insan fiziki cəhətdən sağlamdırsa, o, xoşbəxtliyini qismən təmin etmiş olur. Amma onlar sağlamlıq baxımından xoşbəxtdirlər. Bəs, yaşamaq nöqteyi-nəzərindən sağlamdırlarmı? Burada müəyyən kriteriyalar var".
Psixoloq Azərbaycanda cəmiyyətin psixoloji cəhətdən maariflənməsinə fikir verilmədiyini, bunun isə əslində çox mühüm faktor olduğunu vurğuladı:
"Bu gün bizim cəmiyyətdə vacib məqamlardan biri də insanların psixoloji maariflənməsindən və cəmiyyətdə psixoprofilaktik işlərin aparılmasından ibarətdir. Hansı ki, biz buna əməl etmirik.
Bu işlərin geniş aparılması insanın həyatdan məmnunluğunun artırılması, onun özünü faydalı hiss etməsinə səbəb olur.
Bunlar çox vacib məqamlardır. Əgər insan öz həyatını keyfiyyətli yaşayarsa, özünü cəmiyyət üçün faydalı hesab edərsə, bu zaman fiziki problemlər də azalacaq, eyni zamanda şəxslərarası münasibət yaxşılaşacaq. Ailədaxili münaqişələr, zorakılıq və boşanma halları, intihar, eləcə də digər situasiyalar nisbətdə xeyli azalacaq. Bunun da yollarından biri qeyd etdiyim kimi maariflənmədir.
Şübhəsiz ki, insanların həyat keyfiyyəti artacaqsa, onların xoşbəxtliyi də artacaq".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya