Bu su "Azərsu"nun əhaliyə verdiyi sudan daha keyfiyyətli və təmiz olacaq. Ona görə ki, yağış suyu təbiətdə ən təmiz su sayılır. Yağış suyunu böyük xətlər, kanallar çəkmədən, əlavə sistemlər yaratmadan əldə etmək mümkündür. Bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığışmış ehtiyatdan istifadə etmək olacaq. Layihə hansı tərəfdən baxılsa, faydalıdır. Həmin layihə kampaniya kimi yox, strateji proqram kimi həyata keçirilməlidir. Onu elə formada tətbiq etmək lazımdır ki, effektiv və təhlükəsiz olsun. Böyük şəhərlərdə, məsələn, Bakıda bu barədə bir qədər problemlər yarana bilər. Çünki binaların damına müxtəlif avtomobillərin qazından tutmuş, zavodların tüstülərinə qədər hopur. Bütün bu amillər nəzərə alınmalıdır və alınacaq. Lakin rayonlarda yağış sularından daha təmiz şirin su əldə etmək mümkündür".
Yağış suyu "Azərsu"nun əhaliyə verdiyi sudan təmiz olacaq