Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən sosial - iqtisadi tədbirləri Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürü kimi dəyərləndirən millət vəkili, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva "Sherg.az"a dünyanın bir çox ölkələrində müşahidə olunan iqtisadi tənəzzülün sosial proqramların ixtisarı ilə nəticələndiyini deyib:
YAP-çı deputat: “Qənaət rejiminə keçib, ağır dövrü başa vurmalıyıq”
Şəymən Bayramova
13:10 05.08.2020
Cəmiyyət
1134
“Bununla yanaşı karantin rejiminin də tələblərini yumşaltmalı, makroiqtisadi vəziyyətin sabitləşdirilməsinə nail olmalıyıq”
Dünyada yayılan koronavirus pandemiyası bütün ölkələr kimi, Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Qeyri-neft gəlirlərinin azalması büdcədə ahəngdarlığın pozulmasına səbəb olub və büdcəyə yenidən baxılması zərurəti yaranıb. Bu səbəbdən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə” dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.
Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən sosial - iqtisadi tədbirləri Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürü kimi dəyərləndirən millət vəkili, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva "Sherg.az"a dünyanın bir çox ölkələrində müşahidə olunan iqtisadi tənəzzülün sosial proqramların ixtisarı ilə nəticələndiyini deyib:
"Transmilli korporasiyalar, on minlərlə işçisi olan böyük şirkətlər belə ixtisarlara, xərclərin optimallaşdırılmasına gedirlər. Hətta bəzi ölkələrdə 50-60 faizlik işsizlik formalaşıb, gün ərzində 26-30 milyon insan yalnız isti xörək üçün kilometrlərlə növbələrdə durur, ərzaq çatışmazlığı üzündən mağazalarda qarşıdurmalar baş verir”.
Ümumən dünyadakı vəziyyəti destabil kimi dəyərləndirən millət vəkili hesab edir ki, belə bir məqamda Azərbaycan dövlətinin büdcəsində də xərclərin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir:
"Təqdim olunan qanun layihəsinin təhlili də onu göstərir ki, burada söhbət heç bir sosial layihənin ixtisarından getmir. Əksinə, sosial və iqtisadi sahədə xərclərin optimallaşdırılması reallaşdırılır. Halbuki, bu gün bir sıra Avropa ölkələrində ya sosial layihələrin ixtisarını, ya da sosial öhdəliklərin yerinə yetirilməsində çatışmazlıqların, gecikmələrin olduğunu müşahidə edirik.
Bu səbəbdən də, dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur. İndi elə bir zamandayıq ki, keçici də olsa, qənaət rejiminə keçilməli, mərhələli şəkildə ağır dövrübaşa vurmalıyıq.
Lakin bununla yanaşı karantin rejiminin də tələblərini pandemiya şəraitindən asılı olaraq yumşaltmalı, makroiqtisadi vəziyyətin sabitləşdirilməsinə nail olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm